Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

POEZIYA

Baxılıb: 676     Tarix: 10-06-2020 16:41   
 MƏMMƏDOVA TÜRKAN
                İAMMƏLİ QIZI

UNUTMAQ İSTƏYİR! 

Çıx artıq ürəkdən ay gizli sevgi,
Ürəyim paramparça olub sevənən  səni.
Gözümün yaşı dayanmayır heç,
Sən qəlbə girən gündən! 

Unutmaq çox çətindi ilk məhəbbəti,
Unutmaq istəyirəm qəmi, kədəri.
Unuda bilmirəm gizli sevgini,
Ürəyimlə bacarmıram mən neynəyim?!

Soruşsam ürəkdən ürək nə deyər?!
Hər sözü ox kimi çıxar yayınan.
Ürəyimi didərək axıdar qanı,
Göynəyər bu ürək duz tökmüş kimi! 

 Daş kimi ağırdı hicranın yükü,
Bu yükü daşımaq çətindi artıq.
Mən artıq yoruldum gizli sevgidən...
Daşıya bilmirəm gizli sevgini! 

Nə olar geriyə qayıtma uzaq dur mənən,
Arxana baxmayıb uzaqlaş burdan.
Əlvida deyirəm sənə ay gizli sevgi,
Bir daha qarşıma çıxma öldü bil məni! 

Unutsan yaxşıdı dostum ötən illəri,
İrəli bax gör gözəlikləri.
Unutmaq istəyir bu "Türkan" səni...
Bir daha geriyə dönmə ay gizli sevgi!

GÖZƏL BAKI! 

Coşub çağlayan şəlalələr,
Şaqqıldayan ildırımın qüvvəsidi.
Gözəlik verir vətənimizə göydən yağan yağış,
Gözələşir Bakımız gündən- günə hər zaman! 

Nurlu torpağımız bərəkətlidi,
Yığırıq ruzunu sezon vaxtında.
Bölgələrdən  Bakıya gəlir meyvə, tərəvəz...
Alırlar ruzunu şəhər insanları! 

Bakı neft buruğlarının çarxı dönür hər zaman,
Uzanır yollar boyunca iri qaz kəmərləri.
Turislər gəlir vətənmiz Azərbaycana!
Görüb bu gözəliyə heyran olurlar Bakıya!                 
 
 QADIN!

Hirsinin qurbanı olma ey qadın,
Axan göz yaşını silənin olmaz.
Vaxtikən saçına sığal çəkənlər,
İndi o, qapılar üzünə bağlayıb sənin!

Tənhalıq üzür səni gözündə yaşlar çoxalır,
Üzündəki, təbəssüm solur sənin bir anlıq.
Hərkəs səndən uzaqlaşıb otaqda qalmısan tənha,
Adını çəkənlər belə tənha qadın deyə çağrır səni! 

Qapıya dikilərək gözlərin yol çəkir həsrətlə sənin,
Bəlkə gələr deyə onu düşününrsən hər an
Quşlar pıçıldayır qulağına onu gözləmə qadın deyə...
O, sənin deyil yadların olub artıq! 
 
 
 
 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar