Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu məmurumuzu dünyaya erməni kimi təqdim edək!

Baxılıb: 1 436     Tarix: 24-06-2020 17:13   

Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktoruna məxsus narkotik plantasiyası aşkarlanıb.
Başdan-ayağa lətifədir. Cümləni oxuyan kimi adamı dəli gülmək tutur. Sitat: “Məlum olub ki, plantasiya rayon Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsusdur. Rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü V.Mehdiyev özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - Kannabis bitkiləri becərib. O, narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib”.
Qardaş, bu cür adamı niyə mədəniyyət sahəsində heyif eləyirsiniz? Verin Kənd Təsərrüfatı Nazirliyinə, istədiyi qədər əkib-becərsin də!
Adam bu dünyaya əkmək üçün gəlib, siz isə onu aparıb basmısınız mədəniyyətə. Nəticədə özünü saxlaya bilməyib, həyətində bir balaca “güllük-gülüstanlıq” yaradıb.
Nəsə... istəyirəm bu tragikomik olayı lağlağı edim, amma görürəm yox, alınmır, vəziyyət ciddidir.
Son vaxtlar Mədəniyyət Nazirliyinin adı korrupsiya faktlarında başda hallanır. Amma sən demə, Mədəniyyət Nazirliyinin bəzi qurumları, əməkdaşları həm də yaxşıca “hallanır”mış. Biz daim ölkədə kriminal zehniyyətin aradan qalxmasına çağırışlar edirik, sivilləşməyin zəruri olduğunu deyirik. Məlum olur ki, Mədəniyyət Evinin direktoru özü narkobaron imiş.
Amma beynəlxalq aləmə “baxın, bizim narkobaron belə mədəniyyət adamıdır” deyib təqdim etmək olar.
“Təqdim etmək” dedim, bir hadisə yadıma düşdü. Demək, bir dəfə Azərbaycan toyunda bəy gəlini vurmuşdu, bunu da Yutuba yerləşdirmişdilər. Azərbaycanlılardan biri şərh bölümünə ingiliscə yarızarafat, yarıciddi yazmışdı ki, bu ermənilərdir.
Minlərlə əcnəbi o şərhi bəyənib ermənilərə itin sözünü yazmışdı. İndi adam istəyir, Ağstafa Rayon Mədəniyyət Evinin direktoruna məxsus narkotik plantasiyası tapılmasını da ermənilərin üstünə atıb, aradan çıxsın. Yəni o qədər utancverici durumdur.
Amma yox, ermənilərin üstünə ata bilmirik. Çünki ermənilərin mədəniyyət xadimləri Qarabağımızda film çəkirlər, bizim mədəniyyət “xadimlərimiz” isə narkotik əkirlər. Sonra deyirik, filmimiz, musiqimiz, telekanallarımız niyə bu gündədir.
“Bir qalanın sirri”ndə Göygöz kosanın Mətanəti “iylə qızım, iylə” deyib uyutduğu kimi, bu məmurlar da mədəniyyətimizi narkotiklə yuxuya verirlər. Biz isə yatmamışıq, daha pisini etmişik: özümüzü yatmışlığa vurmuşuq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar