Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında - Video

Baxılıb: 707     Tarix: 05-03-2021 15:19   

Qazaxıstan TV Azərbaycanın Vətən müharibəsi haqqında film çəkib.
Kult.az xəbər verir ki, "Dağlıq Qarabağ-Yeni anlaşma" adlı filmdə Qarabağın Ermənistan tərəfindən işğalı, 30 il ərzində qaçqın və məcburi köçkünlərin həyatı, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, 27 sentyabr – 10 noyabr Vətən müharibəsi və onun nəticələri, eləcə də Azərbaycanın Qələbəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni geo-siyasi reallıqlar və müharibədən sonrakı dövrdə bölgənin inkişaf perspektivləri haqqında bəhs olunur.
Filmin çəkilişi Bakıda, Gəncədə, Bərdədə və işğaldan azad olunmuş ərazilərdə aparılıb. Filmdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyevin, Milli Məclisin üzvləri Nizami Səfərovun və Cavanşir Feyziyevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr atanın, dağ Yəhudiləri icmasının rəhbəri Melix Yevdayevin, Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadənin, eləcə də müharibə şahidlərinin və şəhid ailələri üzvlərinin müsahibələri yer alıb.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar