Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Millət vəkili şairi yubileyi münasibətilə təbrik etdi

Baxılıb: 470     Tarix: 29-03-2021 11:27   
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair Elman Tovuzla Mədəniyyət Komitəsində görüşüb.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili onu 60 illik yubileyi münasibəti təbrik edib.
Millət vəkili E.Tovuzun oxucular tərəfindən sevildiyini, şeirlərinin aşıqların ifasında səsləndiyini bildirib.
“1998-ci ildə avtomobil qəzasına düşərək əmək qabiliyyətinizi itirsəniz də, həyat eşqiniz, mübarizliyiniz sizi cəmiyyətdə məşhurlaşdırıb, gözəl şeirləriniz insanlara ümid, inam aşılayıb.
Siz ədəbi fəaliyyətə tələbəlik illərindən başlamısız; şeirləriniz respublika mətbuatında, müxtəlif dərgi və almanaxlarda dərc olunub. Bir neçə şeir kitabınız gün üzü görüb; Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvüsüz.
Bugünlərdə yeni - "Sənin işığın" adlı şeirlər kitabınız gün üzü görəcək.
Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm!” – millət vəkili qeyd edib.
Q.Paşayeva E.Tovuza Mədəniyyət Komitəsi adından təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri tqədim edib.
E.Tovuz səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə RHİM İB sədri Arzu Bağırova da iştirak edib və yubilyara təbriklərini, ürək sözlərini çatdırıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar