Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ölkəmizdə analoqu olmayan qərar, valideynlər sürpriz...

Baxılıb: 284     Tarix: 05-04-2021 11:50   
Bağçalarla bağlı bugünkü anlaşılmazlıq bir daha sübut etdi ki, bəlli qurumların koronavirusun yayılmasının qarşısını almaq üçün vahid mövqeyi, planı, məqsədyönlü və düşünülmüş strategiyası yoxdur.
Halbuki belə bir strategiya çoxdan hazırlanmalı, bütün fors-major hallar nəzərə alınmalı, mövcud şərtlər və ehtimalları özündə əks etdirən plan olmalıydı. Məsələn, yoluxma sayı bu qədər olanda, hansı tədbirlər alınacaq, ocaqlar necə müəyyən ediləcək; necə ediləcək ki, insanlar və dövlətin iqtisadiyyatı bu prosesdən zərər çəkməsin və yaxud pandemiya bəlasından daha az zərərlə çıxsın...
Bütün sahələrin açıq olduğu, ancaq məktəblərin bağlandığı qərarın analoqu da yəqin ki, dünyada yoxdur. Tamamilə mümkün və spesifik xüsusiyyət səbəbindən belə bir qərarın verilməsi mümkündür: ola bilsin ki, doğrudan da aşağı sinif şagirdləri virusdan qorunmaq üçün qaydalara riayət etməsinlər və onlara nəzarət çətin olsun. Yeri gəlmişkən, yoluxanlar arasında qadınların çoxluq təşkil etməsinin də bir səbəbi burdan qaynaqlana bilər. Axı orta məktəblərdə qadın müəllimlər daha çoxdur və yaxud uşaqlarla ünsiyyətə analar daha çox girirlər.
Mümkün ehtimallardır və buna qarşı tədbirlərin alınmasını normal qarşılamaq olar. Ancaq bütün tədbirlər sistemli, ardıcıl, bir konsepsiya halında olmalı və bir mərkəzdən idarə edilməlidir. Daha bugünkü kimi anlaşılmaz şəkildə deyil.
Aprelin 1-də qərar verilir ki, 5-dən məktəblər və bağçalar bağlanır, həmçinin təhsil naziri qərarın bağçalara aid olmadığını elan edir. Əvəzində bu gün bağçalara övladlarını verib, işə tələsən valideynlər sürprizlə qarşılaşır: bağçalar işləmir!
Bakı şəhər İcra Hakimiyyəti təhsil nazirinin elan etdiyi qərarın “bizim bağçalara” aid olmadığını deyir və aləm bir-birinə qarışır: hansı qərar kimlərə aiddir və ümumiyyətlə, bu nə deməkdir? Necə yəni bir quruma tabe olan bağçalar işləyə bilər, digərləri yox? Özəl sektor bəs? Onlar nə etməlidirlər? Hanı vahid qərar və ümumiyyətlə, bu qərarları, qapanmaları niyə Nazirlər Kabineti yanında Operativ Qərargah elan etməməlidir?
Hələ indi rəsmi açıqlama yayırlar ki, anlaşılmazlıq araşdırılacaq və ictimaiyyətə əlavə məlumat veriləcək. Bəs, bu gün övladlarını bağçaya gətirənlərin rastlaşdığı problem necə olacaq? Övladlarını bağçaya qoya bilməyən valideynlərin işə gecikmələri və yaxud gələ bilməməlrinə görə məsuliyyəti kim daşıyacaq?
Bu qədər koordinasiyasız, əlaqəsiz, bir-birindən xəbərsiz rəsmi mövqelər ola bilməz ki! Ölkədə rəsmi qurum var və pandemiya ilə bağlı qərarlardan məsuliyyət daşıyır. Artıq bir ildən çoxdur yaradılan bu qurum pis, ya yaxşı, bütün qərarlardan cavabdehdir. İndi niyə Operativ Qərargah bir kənarda qalır və Bakı meriyası və Təhsil Nazirliyinin əlaqə problemi nəticəsində insanlar əziyyət çəkir?шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar