Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ekspertdən generalların cəbhə xəttinə səfəri barədə sensasiyalı açıqlama

Baxılıb: 464     Tarix: 06-05-2020 14:34   

"Hərbi rəhbərliyin cəbhə bölgəsinə səfərləri zamanı şəxsi heyətin təchizatı, təminatı, silah-sursatın, texnikanın döyüşə hazırlığı yoxlanılır, yerində tapşırıqlar verilir. Eyni zamanda ön xəttə lazım və tələb olunan silah-sursat, texnika göndərilir".
Bunu "Report"a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Abuzər Əbilov Azərbaycan Prezidentinin köməkçisi general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən hərbi hissələrə səfərini şərh edərkən deyib.
Generalların səfər zamanı cəbhəboyu zonada tikintisi yekunlaşmaqda olan hərbi hissədə olduqlarını xatırladan hərbi ekspert vurğulayıb ki, hərbi hissələrin dəyişdirilməsi, yenidən qurulması, tikilməsi, yeni hərbi hissələrin açılması önəmli addımdır: "Politoloqların gəldiyi qənaətə görə bugünkü hərbi-siyasi vəziyyət faktiki olaraq həddindən artıq gərgindir. Ermənistan tərəfi ilə danışıqlar heç bir nəticə vermir və bunun son nöqtəsi, dirəniş yeri çatıb. Ermənistanın baş naziri görüşlərdə başqa səpkidə, görüşlərdən çıxıb Ermənistana çatandan sonra tamam başqa formada danışır. Bu insanın qeyri-adekvatlığı onun ölkəsi ilə bundan sonrakı danışıqları heçə endirir. Danışıqlar heç cür sonsuz ola bilməz. Dünyanın bir sıra ölkələrində böyük hərbi konfliktlər olub, yaxın tarixi götürsək, Yuqoslaviya fonunda danışa bilərik. Döyüşlər getsə də, müharibələr olsa da, bütün bu proseslər də danışıqlar nəticəsində dövlətlərin bir-biri ilə razılığa gəlməsi ilə yekunlaşdı. Ancaq 30 ildir ki, Ermənistanla Azərbaycan danışır, ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçilik edirlər, ancaq Azərbaycan üçün müsbət dəyişiklik yoxdur. Son günlər ermənilər də başa düşürlər ki, buna görə yaxın vaxtda müharibənin başlanması qaçılmaz olacaq".
Hərbi ekspert Abuzər Əbilov:
"Yaxın günlərdə ermənilər yenə təxribatlar törədəcəklər".
Azərbaycan Ordusunun təchizatından danışan hərbi ekspert bildirib ki, artıq 10-15 il əvvəlki ordu yoxdur. Əsgərlərin məişət şəraiti, təchizatı, qidalanması yüksək səviyyədədir: "İndi başqa dövrdə yaşayırıq. Bu gün əsgərlərin məişət şəraitində də, qida rasionunda da, təyinat və təchizatında da böyük dəyişikliklər var. Bu həm də özünü Silahlı Qüvvələrin müasirləşməsində göstərir. Bundan narahat olan ermənilər Füzuli, Xocavənd istiqamətində öz mövqelərini irəli çəkmək istədilər, təxribata əl atmaq istədilər. Onların traktoru vuruldu. Azərbaycan 82 mm minaatanlardan istifadə edərək onların bir neçə hərbçisini məhv etdi. Yəqin ki, yaxın günlərdə ermənilər yenə təxribatlar törədəcəklər. Ancaq Azərbaycan öz torpaqlarını azad etmək üçün hansısa addım atacaq. Bu addımlar da sözsüz ki, böyük müharibənin başlanğıcı olacaq.
Ona görə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Prezidentin köməkçisi –Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyət cəbhə bölgəsinə tez-tez səfər edirlər".
A.Əbilov deyib ki, hərbi hissələrdə əsgər yataqxanalarının, texniki sahələrin, parkların və inzaibati binaların yenidən qurulması mühüm hadisədir: "Köhnədən qalan hərbi hissələrdə olan tikililər bugünkü hərbi texnikaya, əsgərlərin sayına, ümumilikdə müasir orduda olan tələblərə cavab vermir. Bunların dəyişdirilməsi, yenidən qurulması, yeni hərbi hissələrin açılması önəmli addımdır. Əgər bu işlər görülməsə, sözsüz ki, uzaq məsafədə olan hərbi hissələrdə döyüşlər vaxtı şəxsi heyəti avtomobillərlə, dəmir yollarla cəbhə bölgəsinə çatdırmaq bir az çətin olacaq və vaxt aparacaq. Ancaq müharibədə vaxt hər şeyi həll edir. Ona görə də cəbhə zonasında olan hərbi hissələrdə yenidənqurma, abadlaşdırma işləri görülür, yeni hərbi hissələr tikilib istifadəyə verilir".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar