Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazir Nizami Qocayevi işdən çıxardı - Video

Baxılıb: 1 005     Tarix: 10-05-2020 15:13   

 Məşhur polkovnik, Ədliyyə Nazirliyi Gəncə regional idarəsinin rəisi Nizami Qocayev vəzifəsindən azad edilib.
Qanunvehedef.az Bakupost.az-a istinadla xəbər verir ki, nazir Fikrət Məmmədovun əmrilə o, təqaüdə göndərilib.
2016-cı ildən Ədliyyə Nazirliyi sistemində işləyən N.Qocayev ondan əvvəl DİN-də yüksək vəzifələrdə çalışıb.
O, DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub. Nəhkəmə yolu ilə tam bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edilib. Qaradağ Rayon Polis İdarəsinin rəis müavini və İsmayıllı rayonunun polis rəisi vəzifələrində çalışıb.
Nizami Qocayev açıqlamasında təqaüdə göndərildiyini təsdiqləyib: “Artıq təqaüd yaşımdır”.
Polkovnik bundan sonrakı planlarından da danışıb: “45 il işlədim. Pensiya alıram. Daha bəsdi, bundan sonra istirahət edəcəm, sağlamlığımla məşğul olacam”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar