Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ağstafada piyada əleyhinə minalar aşkarlandı

Baxılıb: 944     Tarix: 23-05-2020 07:11   

Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 6 ədəd partlamamış piyada əleyhinə minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd piyada əleyhinə OZM-72minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Piyada əleyhinə minaların ətrafında 100 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar