Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

DYP-dən taksi şirkətləri və sürücülərə - Müraciət

Baxılıb: 587     Tarix: 12-10-2020 12:41   

Məlum olduğu kimi, COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi tədbirləri nəticəsində virusa yoluxma sayında nəzərəçarpan azalma qeydə alınıb. Lakin son günlərdə gündəlik yoluxmada artımın müşahidə edilməsi yenidən ciddi narahatlığa səbəb olur.
Bunu açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
V.Əsədov deyib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sərnişin daşıma ilə məşğul olan şirkətlərə, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək mövcud vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunması barədə tələblərə riayət edilməli olduğunu bildirir. Aparılan araşdırmalar, təhlillər göstərir ki, gündəlik yoluxma sayında artım karantin rejimi qaydalarına əməl edilməməsindən qaynaqlanır.
“Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması, nəqliyyat vasitələrinin dezinfeksiyası və nəfəs yollarını qoruyan tibbi maskalardan istifadənin zəruriliyini nəzərə almalıdırlar. Özlərinin və sərnişinlərin virusa yoluxma hallarına yol verilməməsi, infeksiya ilə mübarizədə əldə edilən müsbət nəticələrin qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə ciddi əməl olunmasını tövsiyə edirik.
Paytaxt ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədilə profilaktik tədbirlər bundan sonra da tərəfimizdən mütəmadi olaraq davam etdiriləcək. Bir daha sürücülərə fəaliyyətlərini karantin qaydalarına uyğun yerinə yetirmələrini tövsiyə edirik”, - deyə V.Əsədov diqqətə çatdırıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar