Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

DYP sürücülərə müraciət edib

Baxılıb: 812     Tarix: 27-11-2020 12:46   

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi istifadəsində olan nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirməmiş və ya bu barədə SMS məlumat almış sürücülərə bir daha müraciət edib
İdarədən verilən məlumata görə, hüquqi və fiziki şəxslər nəqliyyyat vasitələrini texniki baxışdan keçirmək üçün həftənin şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz xidmət göstərən paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən Texniki Müayinə Mərkəzlərinə, habelə respublikanın digər şəhər və rayonlarında yerləşən Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə müraciət edə bilərlər.
Xatırladaq ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyətə cəlb olunurlar.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar