Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şeyx "halallıq" verdi - Qalmaqallı qanun layihəsi bu il qəbul oluna bilər

Baxılıb: 659     Tarix: 30-08-2019 13:41   

Milli Məclisin 2019-cu il payız sessiyasında illərdir müzakirəsi gedən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.
Bu barədə Oxu.Az-a Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.
Onun sözlərinə görə, sənəd tam hazırdır və müzakirəyə təqdim ediləcək. Deputat onu da əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi ilə bağlı problemli heç bir məqam qalmayıb.
Qeyd edək ki, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə mübahisələrə səbəb olub.
Xüsusilə sənəddə yer alan surroqat ana və sperma bankı məsələsinə cəmiyyət sərt reaksiya verib.
Həmin vaxt qanun layihəsinin qəbuluna Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mane olub. İdarənin təklif və iradları nəzərə alınaraq bu məsələlər layihədən çıxarılıb.
Eyni zamanda QMİ-nin təklifləri götür-qoy edildikdən sonra bütün müsəlman ölkələrinin təcrübəsi öyrənilib. Hazırda QMİ qanun layihəsinin qəbuluna heç bir etiraz etmir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar