Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu reklamlar qadağandır – MTRŞ televiziya yayımçılarına məktub göndərib

Baxılıb: 608     Tarix: 15-10-2019 11:35   

Milli Televiziya ve Radio Yayımları Şirkəti (MTRŞ) süni mayalanma üzrə tibbi xidmət reklamının yayımlanmasının qanunla qadağan olunması ilə bağlı ümumrespublika və regional televiziya yayımçılarına məktub göndərib.
MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, eyni məzmunlu məktub “Azərbaycan Televiziya və Radio verilişleri” QSC-yə, “İctimai Televiziya ve Radio Yayımları Şirkəti”nə, “Xəzər TV” MMC-yə, “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müsteqil Teleradio Şirkəti’nə, “ARB” Televiziyasına, “Dünya” Televiziyasına və “Qafqaz” Televiziyasına ünvanlanıb.
Məktubda qeyd olunub ki, son zamanlarda bəzi teleradio yayımçıları tərəfindən süni mayalanma üzrə tibbi xidmətin reklamının yayımlanması hallarına rast gəlinib:
“Nəzərinizə çatdırırıq ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinə əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.
Eyni zamanda bildiririk ki, İnzibati Xətalar Məcəlləsində reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Qeyd olunanlara əsasən, sözügedən məsələni nəzərə almağınız və gələcək fəaliyyətinizdə də daim diqqət mərkəzində saxlamağınız üçün tövsiyə olunur”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar