Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Parlamentdə 25 milyard manatlıq sənədin müzakirəsi başlanılır

Baxılıb: 777     Tarix: 05-11-2019 12:15   

Bu gün Milli Məclisdə 2020-ci ilin dövlət büdcə layihəsi ilə bağlı müzakirələr başlayır.
Oxu.Az-ın məlumatına görə, müzakirələr Milli Məclisin komitələrində başlayacaq.
Komitələrdə keçiriləcək müzakirələr noyabrın 7-dək davam edəcək.
Büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra parlamentin plenar iclasına çıxarılacaq.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.
Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə, 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.
Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.
Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.
İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər