Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanda yeni reyestr yaradılacaq

Baxılıb: 706     Tarix: 15-11-2019 12:58   

Azərbaycanda Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq.
APA-nın məlumatına görə, bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.
Belə ki, qanuna yeni 11-3-cü maddə ( Məhkəmə Ekspertlərinin Reyestri) əlavə edilir.
Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək.
Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik Milli Məclisin noyabrın 19-da keçiriləcək plenar iclasında I oxunuşda müzakirə ediləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar