Xəbər lenti
Arxiv
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Hərbçilərin ev məsələsi ilə bağlı yeni təkliflər hazırlanır

Baxılıb: 246     Tarix: 12-02-2020 12:48   

Hərbçi olmaq insana çox şərəfli ömür bəxş edir. İctimai həyatımızda onlar daim sayılıb-seçilir və xüsusi hörmətə layiq görülür. Vətənimizin müdafiəsi naminə göstərdikləri yüksək dəyərli xidmət nümunələrini nəzərə alaraq, hərbçilərimizə dövlət tərəfindən bir sıra güzəştlər verilir. O güzəştlərdən biri də mənzil təminatı ilə bağlıdır.
Hərbçiyə göstərilən diqqət və qayğı ölkəmizin indiki çağında çox zəruri sayılır. Ona görə ki, Dağlıq Qarabağ kimi böyük problemimiz var. Hərbçilərimizin çoxu öz həqiqi hərbi xidmətinin çox hissəsini ön atəş xəttində keçirir, məşəqqətli səngər həyatı yaşayır və yeri gələndə canını fəda edir. Yəni hərbçi ömrü sürənlərin əksəriyyəti adi vətəndaşlar kimi hər gün öz ailəsinə baş çəkə bilmir. Bəzən elə hərbi tapşırıqlar alır ki, bir ay uşaqlarını görməyə, ailə qayğıları ilə məşğul olmağa da vaxt tapmır.
Bu mühüm səbəblərə görə dövlətimiz öz ailəsi, şəxsi sosial təminatı ilə bağlı məsələləri həll edə bilməyən hərbçiləri daim diqqət mərkəzində saxlayır. Belə ki, "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" ölkə prezidentimizin 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış xüsusi komissiya hərbçilərin mənzil məsələsi ilə məşğul olur. Bu sahədə qarşıya qoyulan tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır. Sadəcə olaraq təminat məsələsi yalnız növbə əsasında həll edilir. Təəssüflər olsun ki, bəzi hərbçilərimiz kəmhövsələlik göstərir və bəzən isə əsassız iddialarla çıxış edərək ordu rəhbərliyini günahlandırmağa cəhd edirlər.
Bu günlərdə Feysbuk sosial şəbəkəsində Atabala Ağayev adlı bir ehtiyatda olan zabitimiz mənzil təminatı ilə əlaqədar öz statusuna qeyri-obyektiv bir yazı qoymuşdur. O yazır ki, guya ehtiyatda olan bütün zabit və gizirləri vəzifə və rütbədən vurublar. Yəni xidməti uyğunsuzluğa görə xidmətdən uzaqlaşdırılıblar və buna görə etiraz edəcəklər. Guya Müdafiə Nazirliyi özlərinə yaxın adamlara ev verir, qalan hərbçiləri isə siyahıdan çıxarırlar.
Sözün açığı, ordudan xəbəri olmayanlar üçün bu iddia, bəlkə də, qəbul edilə bilər. Amma biz hərbçilər heç bir halda bu əsassız şikayəti öz üzərimizə götürməyi ar hesab edirik. Bu, xəcalət çəkiləsi hərəkətdir. Mən yaxşı bilirəm ki, xidməti uyğunsuzluğa görə ordudan uzaqlaşdırılanlar say etibarı ilə çox azdır. Bəs, bu fakt niyə belə şişirdilir?! Onu da eşitmişəm ki, həmin toplanışı keçirmək təşəbbüsü ilə çıxış etmək istəyən Atabala Ağayevin özü, necə deyərlər, öz dərdinin harayındadır. Deyilənə görə özü cəzalıdır. Ön xətdə də xidmət göstərməyib. Bütün xidmətini də ordunun malı olan benzin və el arasında "solyarka" dediyimiz dizel yanacağı satmaqla keçirib. Bu eyibli göstəricilərin müqabilində susmaq əvəzinə hərbçi abır-həyasına sərhəd qoymadan hamıya qara yaxmağa can atır.
Qəbahət ondan ibarətdir ki, Atabala Ağayevin əsassız fikirlərinə züy tutanlar da var. Onları bir-bir yoxlayanda məlum olur ki, şikayət edənlərin hamısı problemlidir, hərəsi bir qüsura malikdir. Məsələn, Tərlan Qurbanov adlı bir hərbçimiz də ağına-bozuna baxmadan ev təminatı mövzusunda elə haray salır ki, bu məsələnin mahiyyətini dərindən bilməyən adamları azdıra bilirlər. Di gəl ki, hərbçi həyatı ilə bağlı həqiqətlər bizlərə yaxşı məlumdur. Eşitdiyimizə görə bayaq adını çəkdiyimiz Tərlan Qurbanov uyğunsuzluğa görə ordudan çıxmasa da, xidmət etdiyi hərbi hissədə çox tamahkar oyunların baş rolunda çıxış edib. Hərbi təyinatlı rabitə maşınlarının "xırdalanması" prosesində bir evin pulunu çıxardıb. Anbarda işlədiyi vaxtını isə rabitə kabellərini sökdürərək mis toplayıb satmaqla keçirib. Sadəcə olaraq o əməllərin üstünü elə ört-basdır ediblər ki, Tərlan cəza zərbəsinin altından qaça bilib.
Deyirlər ki, bu dünyada səhvsiz insan yoxdur. Hərənin öz əməlinə görə qisməti var. Lakin mən hər şeyi kənara qoyaraq bir hərbçi kimi onları bağışlamaq istəyərəm. Amma bir şərtlə bu mövqeyə çəkilə bilərəm. Səhv edən şəxs ibrət dərsi almalı və daha haqsız danışmamalıdır. Hərbçilik kişi işidir. Gərək bu qürurlu adı üstün tutasan. Yoxsa daha çox bəlalara tuş gələrsən. Unutmayaq ki, dövlətimiz yalnız qüsursuz hərbçilərin arxasında durur və güclü sosial təminat yaradır. Söz yox ki, bəzən zəruri istisnalar da qəbul edilə bilər. Gəlin dərindən düşünək və hədər yerə hövsələdən çıxmayaq. Bilək ki, nahaqq mövqe hələ heç kimə xeyir gətirməyib.
Onu da qeyd edim ki, hərbi qanunvericiliyə əsasən, Silahlı Qüvvələrdə 20 il qüsursuz xidmət edən hərbi qulluqçular mənzillə təmin olunular.
Əldə etdiyim məlumata görə, hazırda qanunvericiliyə dəyişiklik edilməsi məsələsi müzakirə olunur, bununla bağlı təkliflər hazırlanır.
Bundan başqa, hərbçilər nəzərə almalıdırlar ki, onların bütün məsələləri dövlətin diqqət mərkəzindədir, bununla bağlı tapşırıqlar verilir, vəsait ayrılır. Ancaq hamını birdən-birə mənzillə təmin etmək mümkün deyil. Hazırkı mərhələdə 1993-cü ildə ordu sıralarına qəbul edilənlərin yaşayış yeri problemi həll olunur, onlar evlə təmin edilirlər. Ona görə də bir qədər səbirli olmaq, necə deyərlər növbəni gözləmək lazımdır.
Samir Muradov
Ehtiyatda olan kapitanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar