Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsinə münasibət bildirib

Baxılıb: 870     Tarix: 27-02-2020 10:54   

“Şah İsmayıl Xətainin Bakıdakı heykəlinin köçürülməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət olunmayıb və bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırılmayıb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, əgər buna dair müvafiq qərar verilsə, Nazirlik mütləq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə bu məsələni nəzərdən keçirəcək.
“Biz hazırda Hacı Zeynalabdin Tağıyev, Tofiq Quliyev, Müslüm Maqomayevin heykəlləri haqda düşünürük. Bu heykəllərin hazırlanması ilə bağlı müsabiqələr keçirilib və onlar artıq hazırlanma prosesindədir. Heydər Əliyev Fondu tərəfindən bu prosesə rəhbərlik olunur. Biz də bu işdə fəal iştirak edirik", - deyə Ə. Qarayev qeyd edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar