Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək

Baxılıb: 568     Tarix: 21-08-2019 10:07   

Nazirlər Kabineti "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli qərara dəyişiklik edib.
Qanunvehedef.az xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Büdcədən maliyyələşdirilən qurumlar" hissəsinə əlavə edilib.
Qeyd edək ki, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən yaradılıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar