Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şamaxı şəhər sakinin yazdığı məktubda həkim-radioloq Elvira Tağıyevanın yaxşı həkim, xeyirxah insan olmasından söhbət açılırdı

Baxılıb: 912     Tarix: 19-10-2019 12:49   
 
Ultrasəs müayinəsi isə ən öndə gedən diaqnostik üsullardan biridir. Hər bir diaqnozun qoyulmasında üstünlük ilk öncə ultrasəs müayinəsinə verilir. Rahatlığı ondan ibarətdir ki, ultrasəs müayinəsi bu gün tibbin bütün sahələrində istifadə edilir. Öncə söylədiyim kimi daxili üzvlərin diaqnostikasında, ginekoloqiyada, hamiləliklərdə, ən erkən anomaliyararı aşkarlamağa imkan verir.
Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. Bu gün haqqında söz açacağım nəcib insan da məhz həmin müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş Elvira Tağıyevadır.
-Dr. Elvira Tağıyeva hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onun tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Klinikaya getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Klinikada   yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir.
-Həkim – radioloq Elvira həkimin nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Elvira Tağıyevanın məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir. Artıq neçə illərdir ki, Azərbaycan səhiyyəsinin şərəfini qoruyan Dr. Elvira Tağıyeva  bu illər ərzində Mələk, Sona, Aynurə, Pərvin və Aysel kimi onlarla xəstəyə dəqiq müayinəsi ilə yeni həyat verib, onları ölümün pəncəsindən alıb.
Hətta uzun illər aldığı müalicənin müsbət nəticə vermədiyinin şahidi olan xəstələr belə, bu peşəkar həkimin təyin etdiyi dəqiq diaqnoz ilə müalicəyə davam etdikcə vəziyyətin nisbətən yaxşılığından məmnun halda redaksiyamıza minnətdarlıq, dolu məktublar göndərir və qəzetlərdə, saytlarda oxuculara izləyicilərə çatdırılmasını xahiş edirlər.
-Həkim Elvira xanıma minnətdar olan onun müayinə və müalicəsindən şəfa alan xəstələrdən redaksiyamıza daxil olan minnətdarlıqlar içərisində İradə xanımın razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir:
Mənim etdiyim dualar Elvira həkimin yoluna nur saçsın deyir İradə xanım. Göydə ALLAH və yerdə Elvira  xanım olmaqla mənə dəqiq diaqnoz qoymaqla ailəmə  yeni bir həyat bəxş etdi.
Redaksiyamıza gələn məktublar arasında bir məktub diqqətimi cəlb etdi. Şamaxı şəhər sakinin  yazdığı həmin məktubda həkim-radioloq  Elvira Tağıyevanın yaxşı həkim, xeyirxah insan olmasından söhbət açılırdı:
-Hörmətli redaksiya!
Ömrüm boyu əməksevər, sadə bir insan olmağa çalışmışam. Haqq-ədalətin, düzgünlüyün tərəfdarı olmuşam. Özümü həmişə sağlam hiss etmişəm. Lakin son dönəmlərdə səhhətimdə yaranan narahatlıq üzündən həkimə müraciət edəsi oldum. Qəbulunda olarkən, edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma ümidimi artırdı. Həkimin mənimlə diqqətlə və səbirlə davranmağı onun insanlığını və xəstələrə olan qayğısından xəbər verirdi. Onu da deyim ki, hər bir həkim pasientə qarşı belə təmkinli olmur. Elvira həkimin təyin etdiyi dəqiq diaqnoz əsasında alığım müalicə dünyaya sağlam körpə gətirməyimə səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları həkimin sayəsində oldu. O həkimin qızıl əlləri, heç vaxt dərd görməsin. Allah uğurlarını, nailiyyətlərini davamlı etsin. Onun kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.
-Sizdən xahiş edirəm ki, Elvira Tağıyeva kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək
Bunu Elvira Tağıyevanın  həkimlik karyerasında dəqiq diaqnozu ilə sağalıb  həyata qaytardığı insanların sağlıq durumları da, xəstə yaxınlarının dərin minnətdarlıq hissi ilə söylədikləri də bir daha sübut edir.
Sağ olun Elvira həkim, Tanrı sizi qorusun.
 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar