Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Peşəkar Həkim-osteopat Ülviyyə Süleymanova

Baxılıb: 2 037     Tarix: 31-10-2019 21:10   

 Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət Bioloji Təbabət Klinikasının həkim- Osteopatı Dr. Ülviyyə Süleymanovadan gedir. Bioloji Təbabət Klinikası tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Bioloji Təbabət Klinikası bir tibb mərkəzi kimi pasiyentlərin sevgi və sayğısını qazanmağında professional həkimlərin rolu böyükdür. Klinikada ölkəmizdə və ölkə xaricində, dünyanın ən tanınmış tibbi təhsil müəssisələrində oxumuş və təcrübədən keçmiş mütəxəssislərin uğurlu çalışmaları ilə özlərini doğrultmağı bacarırlar. Klinikada Avropa standartlarına tam cavab verən avadanlıqlarla mütəxəssislərin təyin etdiyi dəqiq diaqnozların nəticəsi effektli müalicə imkanı verir. Klinikada müxtəlif xəstəliklərin müalicəsi ilə savadlı, peşəkar və dinamik personal məşğul olur.

Osteopatiya ağrısız və dərmansız müalicə üsuludur. Əllərin qoyulması ilə aparılan bu diaqnostika üsulu özündə bir çox, eyni zamanda manual terapiyanı birləşdirən geniş bir sahəni əhatə edir. Sağlam insan orqanizmində orqan və toxumalar müəyyən forma, sıxlıq və temperatura malikdir. Patoloji proseslər baş verdikdə bu göstəricilər dəyişir: orqanlar yerini dəyişə bilir, böyüyür, sıxlıqları daha da arta bilir. Professional osteopat müayinə zamanı məhz bu dəyişiklikləri hiss edir. Onun həssas və təcrübəli barmaqları yüngül toxunuşla orqanizmdə baş verən dəyişiklikləri təyin edə bilir

Osteopatiya uşaqlarda nəyi müalicə edir? 

- Doğuş travmasının fəsadları;
- Yenidoğulmuşlarda sancılar;
- Döş qəfəsi deformasiyaları;
- Birinci boyun fəqərəsi(atlasın) blokadası;
- Kəllə sümüklərində kələ kötürlük (braxiosefalgiya);
- Psixomotor inkişafın ləngiməsi;
- Diqqət yayınıqlığı, yaddaşsızlıq;
- Görmə pozulmaları, çəpgözlük;
- Qamət pozulması, skolioz, kifoz;
- Əyriboyunluq; - Yastıayaqlıq.
Osteopatiya böyüklərdə hansi problemlərin müalicəsində istifadə olunur:
- Dayaq- hərəkət aparatı xəstəlikləri ;
- Travma və əməliyyatdan sonrakı vəziyyət;
- Osteoxondrozun ağırlaşması;
- Ginekoloji xəstəlilər, kiçik çanaqda bitişmə (spayka), ağrılı menstruasiyalar, bəzi növ sonsuzluqlar;
- Miqren və digər mənşəli baş ağrıları;
- Həzm sistemi xəstəlikləri.

Bioloji Təbabət Klinikasında pasiyentlərlə görüş zamanı pasientlər klinikanın həkim- Osteopatı Dr. Ülviyyə Süleymanovaya olan təşəkkürlərini Qanunvehedef.az Xəbər Portalında işıqlandırmağımızı bizdən xahiş etdilər. Pasientlər Ülviyyə həkimin bacarıqlı həkim olmasından söz açır, onun qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirdilər. Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, sağlam ömür bəxş edilməsinə səbəb olan Ülviyyə həkimə bütün ailələrin dilindən Allahdan sevinc, sevgi payı diləyirik. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın.
 
Hörmətlə; Bakı şəhərinin bir qrup sakinləri adından

Mən həm bir müalicə olan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Ülviyyə Süleymanovaya dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür. Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma bir ümid yaratdı.

Hörmətlə; Sevinc Mahmudova

Biz də Qanunvehedef.az Xəbər Portalı adından səhiyyə sahəsində dəyanətlə çalışan gözəl və şərəfli həkimiziz Ülviyyə həkimə nailiyyətlərlə, uğurlarla zəngin bir həyat yolu arzu edərək deyirik: -Xalqın Vətənin layiqli ziyalısı Ülviyyə həkimə, bir ömür həsr edərək, çalışdığınız bu uzun illər ərzində etdiyiniz xeyirxah əməllərin müqabilində İlahi sizə səhər günəşinin ziyasına boyanan açıq səmalı, xoş müjdəli sabahlar nəsib etsin.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar