Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Hazırda insanlar arasında təşviş hökm sürür"-Baş həkimdən koronavirusla bağlı AÇIQLAMA

Baxılıb: 508     Tarix: 02-03-2020 13:10   

2 nəfər Çex vətəndaşı koronovirus şübhəsi ilə xəstəxnaya yerləşdirildi- Baş həkimdən AÇIQLAM A
Bakıda koronavirus şübhəsi ilə otel müştərilərinin xəstəxanaya yerləşdirildiyi barədə xəbər yayılmışdı. Bundan əlavə, digər vətəndaşların da məlum xəstəliklə bağlı xəstəxanalara müraciət etdiyi haqqında sosial şəbəkələrdə məlumatlar yer alır.Bununla bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov Sonxeber. az- danışıb. O, xəstlərin Mərkəzə əsasən yüksək hərarət əlamətləri ilə gəldiyini açıqlayıb:
"Mərkəzimizdə ilk olaraq müraciət edən şəxslərin hərarəti ölçülür. Kliniki Tibbi Mərkəzə müraciət edənləri müayinələrdən keçirib, yoxlayırıq, daha sonra əgər lazımdırsa ayrıca palataya yerləşdiririk. Bizim xəstəxanada karantin yoxdur. Mərkəzimizə müraciət edən xəstələrdən kim koronavirusla bağlı şübhəli bilinirsə, onları Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdiririk".
1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov dünən Mərkəzə müraciət edən iki nəfər çex vətəndaşında koronovirus əlamətlərinin aşkarlandığını bildirib:
"Dünən bizə 2 nəfər çex vətəndaşı müraciət etmişdi. Biz onları Qobustan rayon Mərkəzi xəstəxanasına göndərdik".
Baş həkim həmçinin hava şəraiti ilə əlaqədar olaraq hər ailədə bir nəfər şəxsin mütləq 37 dərəcə hərarəti olduğunu da vurğulayıb. Onun fikrincə, hazırda insanlar arasında təşviş hökm sürür. Baş həkim həmçinin dünən iki nəfər azərbaycanlı vətəndaşın da şübhəli şəxs kimi mərkəz"ə müraciət etdiyini açıqlayıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar