Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Redaksiyamıza daxil olan Təşəkkür dolu məktub Mübariz Qəhrəmanova ünvanlandı

Baxılıb: 1 376     Tarix: 12-05-2020 12:22   
 
Oftalmologiya tibbin bir sahəsi olub, gözün anatomik quruluşunu, onun fiziologiyasını, xəstəliklərini, xəstəliklərin müalisə və profilaktikasını öyrənən elmdir.
İbn Sinanın qədim tibbi əlyazmalarından göz xəstəliklərinin ayrıca bir tibb sahəsi olduğundan, gözlərdə əmələ gələn xəstəliklərdən və gözlər üçün lazım olan eynəklər barədə əlyazmalara rast gəlinir.
İlk dəfə isə Avropa ölkələrində göz əməliyyatları keçirilmiş və bundan sonra müasir oftalmologiyanın bünövrəsi qoyulmuşdur.
Göz xəstliklərinin müalicəsi ilə oftalmoloqlar məşğul olur.
Oftalmologiya tibbi ən çətin sahələrindən hesab edilir.  
 
Peşəkar,öz ixtisasını dərindən bilən və elmi – bilikləri ilə xalqın sağlamlığı keşiyində dəyanətlə dayanan həkimi sorağında ikən ən təcrübəli həkimlərdən biri olan həkim-oftolmoloq  Mübariz Qəhrəmanov haqqında eşidir və ondan imdad diləyirlər. Dr. Qəhrəmanov Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim-oftolmoloq vəzifəsində uğurla çalışır. Həkim- oftolmoloq  adını ləyaqətlə daşıyan Dr. Qəhrəmanov peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsl insandır.  Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, uğurla başa vurduğu cərrahi əməliyyatlar, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir cərrah kimi ona olan inam və ehtiramı daha da artırır. Onun rəhbərliyi, təşəbbüsü və zəhməti ilə yüzlərlə insan bu bəladan xilas edilmişdir.
  Tağıyevlər ailəsi olaraq Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivinə səmimi qəlbdən təşəkkür edirik, can sağlığı işlərinizdə uğurlar arzulayırıq. Qeyd edək ki, övladımızın gözü olduqca zəif görürdü. Biz uşağı Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gətirdik. Mübariz həkimin etdiyi Eksimer lazer əməliyyatı cəmi 45 saniyəyə oğlumun tam görməsini təmin etdi.
 Biz xüsusilə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim – oftolmoloq cərrahı Dr. Mübariz Qəhrəmanova və bütün tibbi personala bizə oğlumuzu sağ-salamat verdikləri üçün təşəkkür edirik. Biz də xəstənin təşəkkürlərinə və xoş sözlərinə qoşuluruq, Mübariz həkimə şəxsi həyatında, ailədə və həkimlik fəaliyyətində böyük uğurlar arzu edirik.
                                                                                                                      Hörmətlə: Rövşən müəllim
 
Gözümdə yaranan problemlərlə bağlı Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlməyimiz  heç də təsadüfi deyildi, çünki bilirdim ki, burada savadlı, peşəkar həkimlər çoxdur. Öz işinin mütəxəssisi olan, işini çox sevən Dr. Qəhrəmanov sanki bizim ağ xalatlı xilaskarımız oldu.
Mübariz həkimin səyi nəticəsində mənim üzərimdə aparılan katarakta  əməliyyat çox uğurla keçdi. İndi özümü çox gümrah hiss edirəm. Sağlamlığımın bərpasında əməyi olan tibb işçilərini isə yaddan çıxarmıram. Mərkəzin bütün kollektivinə başda o cümlədən Mübariz həkimə minnətdarlığımı bildirirəm. Müalicə olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarıma deyirəm. Şəfalı əlləriniz var olsun.
                                                                                                                           Hörmətlə: Sabir Məmmədov
  
Biz də xalqımız adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq,əzmlə çalışan böyük ehtiram sahibi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim – oftolmoloq cərrahı  Mübarz Qəhrəmanova Təşəkkürümüzü bildirərək; -Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.
   шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar