Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Sevinc Əlifəttahzadə- Şərəfli həyat və fəaliyyət yolu keçmiş həkim

Baxılıb: 1 616     Tarix: 01-06-2020 19:33   

-Şərəfli həyat və fəaliyyət yolu keçmiş həkimin, dəyərli ziyalının ömür yoluna nəzər saldıqca fərəh və qürur hissi duymamaq mümkün deyil. Əvvəlcə onun həkimlik fəaliyyəti barədə düşüncələrimizi bölüşmək istərdik. Bu dünyada dəyərli, qibtə ediləsi hər nə varsa, onu Allah yaradıb. Ancaq deyirlər ki, Allahdan sonra bu heyrətlə dolu dünyada həkimlər də möcüzələr yaradırlar.
-İnsan ömrünün səhifələrini vərəqlərkən, onun həyat salnaməsi nəzərdə çanlanır. Xeyirxah insanlar digərlərinə nümunə olaraq həyatda parlaq, silinməz izlər qoyurlar. İnsan sevincinin işığından mənəvi zövq alan fədakar həkimlərdən biri də uzun illər uğurlu fəaliyyəti ilə hörmət sahibi olan Respublika Uşaq KlinikXəstəxanasının həkim-hematoloqu, tibb üzrə fəlsəfə doktoru Sevinc Əlifəttahzadədir.
-Ucaldıqca xidmətləri ilə Azərbaycan tarixinə möhtəşəm bir iz salan ömür yaşadı Sevinc Əlifəttahzadə. Tale yollarının mübariz yolçusuna çevrildi. Zəhməti,fədakarlığı ilə neçə-neçə insanlara, alimlərimizə örnək oldu. Günəş şəfəqləri aləmə nur saçdığı kimi zəkası-dühasıyla Azərbaycan tibb elminə işıq saçdı.
-Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər Sevinc Əlifəttahzadənin fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
-Respublika Uşaq Klinik Xəstəxanasında xəstəliyi vaxtında aşkarlanan Səadətin valideyini olaraq bildirirəm ki, xəstəxanaya daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Səadətin yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə Allah və yerdə Sevinc həkim olmaqla mənim qızıma dəqiq diaqnoz qoymaqla bizə də, yeni bir həyat bəxş etdi. Heç kəs mənim qədər ona minnətdar ola bilməz!
Çox savadlı, işinin peşəkarı və mükəmməl insan. Qızımın sağlamlığını ona borcluyuq. Allah qorusun sizi,  Dr. Sevinc Əlifəttahzadə.  
Sevinc həkimə göstərdiyi qayğıya və işinə peşəkarcasına yanaşdığı üçün təşəkkür edirəm. Təkcə xəstəni sağaldıb xəstəliyin qarşısını almağı düşünmür, həmçinin xəstəni maarifləndirməyi, gələcəkdə bu gür problemlərlə üzləşməməsi üçün lazımi profilaktik tədbirlərin görülməsi haqqında ətraflı məlumatlar verir.
-Sizin dəqiq müayinəniz nəticəsindəhəyatda yaşayan qızım Sədətin anası Südabə xanım
Ömür insan üçün o zaman dəyərli olur ki, insanlara xidmət etsin, cəmiyyətdə özünə hörmət qazansın.Ən əsası isə əməlləri ilə Allah dərgahında əziz olsun. Dr. Sevinc Əlifəttahzadə  üçün ən böyük mükafat, dəqiq müayinə edib, sağlam həyata qaytardığı insanların sevgisi,məhəbbətidir.
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Sevinc həkimə deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun. Amin.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar