Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dr.Niyazi Əsgərov Xalqın etimadını qazanan həkim-onkoloq

Baxılıb: 2 725     Tarix: 22-05-2020 07:07   

Texnika-tərəqqi yolu ilə yüksəldikcə uca tanrının köməyi ilə xəstə insanlar da şəfa taparaq, ömrünü ağrı-acısız yaşayır. Hətta cəmiyyətdə ən böyük narahatçılıqla qarşılanan Magistral damarların rezeksiyası ilə törəmələrin çıxarılması ilə də mübarizə aparıb ömrü uzatmağın mümkünlüyü mövcuddur. Ən ümdə məsələlərdən biri ilkin diaqnozun erkən qoyulması və insanın nikbin əhval – ruhiyyə ilə yaşamasıdır. Nikbinlik özü orqanizmin gümrahlığına müsbət təsir edən xüsusiyyətdir.
Son vaxtlar Azərbaycan səhiyyəsində peşəkar həkimlərin sayı günbəgün artmaqdadır. Milli Onkologiya Mərkəzində peşəkar mütəxəssislərin olması adı hər kəsə bəlli olan Abdominal onkologiya şöbəsinin şöbə müdiri vəzifəsində çalışan Niyazi Əli oğlu Əsgərovun iş fəaliyyəti haqda, həmçinin bu şəxsin insanlara göstərdiyi nümunəvi xidməti haqda lazımi məlumatları əldə etməyimizə imkan verdi.
Dr. Əsgərov “Hippokrat andı”na sadiq qalan və bu gün Azərbaycan səhiyyəsinin inkişafında dərin iz buraxan həkimlərimizdən biri hesab olunur. Bu günə kimi onun şəfalı əllərindən məlhəm alan hər kəs, həm ona hörmət-izzət bəsləyir, həm də dərin etiramlarını bildirirlər. Bəli, belə bir yanaşmanın varlığı hər bir həkimin xəstələrə göstərdiyi qayğıdan, xəstənin ümumi vəziyyətini lazımınca qiymətləndirməyi bacarmasından, düzgün qərar qəbul edə bilməsindən çox asılıdır. Açıq-aşkar şəkildə qeyd edə bilərik ki, bu gün Niyazi Əli oğlu Əsgərovun çalışdığı Milli
Onkologiya Mərkəzi Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş etməklə bərabər, həm şərəfli həkim adını uca tutur, həm də hər kəsin səhiyyəmizə olan inamının artmasında mühüm rol oynayır. Ümumiyyətlə, Niyazi həkimin zəngin iş təcrübəsi, bacarığı, dərin elmi biliyə malik olması, hər kəsə qarşı xoş, səmimi, yüksək insani münasibət bəsləməsi və s. kimi halların varlığı, həkim nüfuzunu artıran əsas amillərdir.
Qanunvehedef.az. xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Niyazi Əsgərova edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.

Hörmətli redaksiya!

Niyazi Əsgərova ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm. Müalicə və əməliyyat olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarlarıma deyirəm: Şəfalı əlləriniz var olsun.
Bu şəxsin səmimiyyətini hiss edən hər kəs, hətta o, böyük Allah-Təalaya dua edir ki, şükür sənə ey bizi Yaradanımız!. Nə yaxşı ki, səhiyyəmizdə Niyazi Əsgərov adlı həkimimiz var. Çünki o, bu günədək nəinki Bakı şəhər sakinlərinə, hətta ətraf şəhər və rayonlardan, digər bölgələrdən hüzuruna üz tutan hər kəsə şəfa vermiş, bir kimsədən diqqət və qayğısını əsirgəməmişdir. Belə bir səbəblər üzündən də, bu gün Niyazi Əsgərovun adı çəkilərkən, hər kəs ona hörmətlə, ehtiramla yanaşır, hüsnü-rəğbət bəslədiklərini də ifadə edirlər. Bəli, daha yaxşı halın varlığı odur ki, hər kəs çalışdığı sahədə öz təcrübəsi, bacarığı, savadı ilə fərqlənsin və üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi də bacarsın. Belə bir göstəriciləri və digər keyfiyyətləri ilə fərqlənən Niyazi həkim, bu gün Azərbaycan səhiyyəsində xüsusi ad-san qazanıb ki, bu da hər an ona başucalığı gətirməkdədir. İnanırıq ki, bu şəxsin peşəkarlığa söykənən fəaliyyəti, onun adının çox yaxın vaxtlarda ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınmasına da səbəb olacaq.

Doktor Niyazi Əsgərovla Əlaqə telefonu: +994 50 611 44 82шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar