Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bəhruz Eyvazovun timsalında adını qürurla söyləyə biləcəyimiz əsil Azərbaycan həkimləri var

Baxılıb: 1 166     Tarix: 22-05-2020 08:18   

Haqqında qısa şərh təqdim edəcəyimiz həkim-neyrocərrah Bəhruz Eyvazovun şəxsiyyəti və fəaliyyəti əsil örnək yoludur gələcək nəsillərimizə və gənclərimizə. Bəhruz həkim sözün əsil mənasında Hippokrat andına sadiq, qabaqcıl və nümunəvi Səhiyyə işçisidir. O, həm bir neyrocərrah-həkim kimi, həmdə müxtəlif məqalələrin müəllifi kimi ölkənin tanınmış ziyalılarından biridir.
Ona müraciət edən pasientlərin səhhətinin keşiyində dayanan Bəhruz Eyvazov da məhz öz üzərinə vəzifə olaraq götürdüyü nəcib peşənin öhdəsindən tam məsuliyyətlə gələrək ictimaiyyətin hörmət və ehtiramını qazanmışdır. Təbiidir ki, hər bir etimadı qazanana qədər adamın yolu müəyyən bir çətinlikdən, müəyyən bir əziyyətlərdən keçir. Əsas odur ki, həmin əziyyətlərə qatlaşaraq digərlərinin fiziki və mənəvi sağlamlığına təmənnasız xidmət edən Bəhruz həkimi biz də tanımağımıza çox şad olduq. Nə yaxşı ki, Bəhruz həkimin timsalında adını qürurla söyləyə biləcəyimiz əsil Azərbaycan həkimləri vardır.
Mən də bütün gənclər kimi sağlam yaşamaq istəyirəm. Təəssüf ki, məndə Fəqərə arası disk yırtığı idi. Mən bu xəstəlikdən əziyyət çəkirdim. Qapı döymədiyim xəstəxana və həkim qalmadı, heç bir həkim dərdimə dəqiq əlac tapa bilmədi. Artıq əlimi həyatdan üzsəm də, ümidimi Allaha bağlamışdım. Təsadüfən bizə dedilər ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasında Bəhruz Eyvazov adlı ixtisaslı neyrocərrah həkimi var, o bir mütəxəssis kimi öz ixtisasını mükəmməl bilir, hətta bir çox ölkələrdən həkimin yanına xəstələr gəlir. Çox təcrübəli həkimdir.
Bu sətirlər Bəhruz həkimin müalicəsindən şəfa tapan Bakı sakini Yusif Əliyevin “Qanunvehedef.az” saytına yazdığı minnətdarlıq məktubundandır.
Bəhruz həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onun tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Xəstəxanaya getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Xəstəxanada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən
gələn hər bir yaxşılığı edir. Bəllidir ki, dövlətimiz vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün növ lazımı tədbirləri görür. Dövlətimizin tibb sahəsində gördüyü tədbirlər çərçivəsində Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Respublika Neyrocərrahiyyə Xəstəxanasında da bütün növ müasir tibbi avadanlıqlarla təmin edilib.
Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim – neyrocərrahı Bəhruz Eyvazova həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayırıq.

Facebook Email – [email protected]
Tel – +994504663646
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar