Xəbər lenti
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

14 saylı uşaq poliklinikası - İnsanların sağlamlığı keşiyində

Baxılıb: 556     Tarix: 23-05-2020 08:09   

Bu gün Azərbaycan səhiyyəsinə göstərilən diqqət və qayğı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Son illər bu sahənin dünya standartlarına çatdırılması üçün müasir tipli xəstəxanalar tikilir, mövcud olan tibb ocaqları əsaslı təmir olunur, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilir. Bu sahədə əldə olunan uğurlar, əhalinin sağlamlığının qorunmasına verilən əhəmiyyət dövlətimizin bu sahəyə yetirdiyi diqqətin əyani təzahürüdür. Fəxrlə qeyd etmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır. Bu barədə danışarkən cənab Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”. Ölkə başçısı onu da vurğulamışdır ki, həkimlər gözəl xəstəxanalarda işləməlidir və insanlarımız da sağlam olmalıdır. Bunun üçün cənab Prezident öz səylərini əsirgəmir, bu sahənin inkişafını daim diqqətdə saxlayır.
Qeyd etdiyimiz kimi bu gün Azərbaycanda dünya standartlarına cavab verən tibb müəssisələri çoxdur. Belə tibb ocaqlarından biri də 14 saylı uşaq poliklinikasıdır.Müasir tələblərə cavab verən poliklinika ən son texniki avadanlıqlarla təchiz olunmuş, əhaliyə tibbi xidmət ən yüksək səviyyədədir.
14 saylı uşaq poliklinikasının baş həkimi Zenfira Mirzəyevanın bu səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyükdür. Poliklinikada nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub. O, kollektivin, rəhbərliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar
həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
Tibb ocağında yaradılmış nizam-intizam, körpə fidanlara qarşı xoş rəftar, hər bir xəstəyə xüsusi qayğının nəticəsidir ki, bu tibb ocağına müraciət edən valideynlərin sayı ilbəil artır. Müraciət edən hər bir vətəndaş burada şəfa tapır, sağlamlığına qovuşur. Poliklinikada öz işinə məsuliyyətlə yanaşan, peşəkar həkimlər çoxdur. Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
{sape_links}{sape_article}