Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dr. Nərminə Abbasova üçün ən böyük mükafat məhz budur - xalqın sevgisi, hörməti

Baxılıb: 1 813     Tarix: 29-05-2020 09:44   

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin baş həkimi vəzifəsində çalışan Nərminə həkimin bu səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyükdür. Mərkəzdə nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub. 
O, kollektivin, rəhbərliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir. Ömrünü sevə - sevə Azərbaycan səhiyyəsinin inkişafına həsr edən savadlı həkim gecəli – gündüzlü gərgin əməyi sayəsində çox uğurlara nail olmuşdur. O, bir sıra Beynəlxalq elmi konfranslarda simpozium və seminarlarda ölkəmizi yüksək səviyyədə təmsil etmişdir.
Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər Dr. Nərminə Abbasovanın fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
Nərminə həkimə daxil olan minnətdarlıqlar içərisində Nuriyevlər ailəsinin razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir: Mənim etdiyim dualar Nərminə həkimin yoluna nur saçsın deyir Sevinc xanım.
Səhhətimdə yaranan problemlə Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə müayinə olunmaq üçün müraciət etdim. Həkim – terapevt Dr. Nərminə Abbasova məni hərtərəfli müayinə etdi və dərhal müalicə almağımı məsləhət bildi. Nərminə həkimin dəqiq diaqnozu məni ölümün pəncəsindən qurtardı. Artıq həmin həyəcanlı günlər arxada qalıb. Dr. Abbasovanın mənə təyin etdiyi kurs müalicə ailəmizin əvvəlki sevincini özünə qaytarıb…
Hörmətli redaksiya heyəti! Sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı Nərminə Abbasovayaya mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.

Həkimlə əlaqə
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar