Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Elmira İsmayılova-Siz tanıdığım ən gözəl, ən mehriban həkimsiniz

Baxılıb: 1 248     Tarix: 01-06-2020 07:31   

  -Peşəkar həkimlik fəaliyyəti boyunca Elmira xanım İsmayılova Azərbaycan səhiyyəsində istedadlı həkim-ginekoloq kimi tanınıb sevilir. Əgər bu amalla xidmət göstərməsəydi, tibbdə bu qədər uğur qazana, ən əsası, pasiyentlərin, sadə insanların və el-obanın sevgisini qazana bilməzdi. O, yaxşı bilir ki, həkimin başlıca qayəsi xəstəni şəxsiyyət kimi həyata qaytarmaqdır. İnsana, xüsusilə xəstəyə qayğı, ehtiram həkimdən içdən gələn bir yanğı, həqiqi söz yanğısı istəyir. Bu yanğı ən çox onun davranışında görünür və xəstəyə məlhəm olur.
 -Hazırda çalışdığı Funda Tibb Mərkəzinə Elmira İsmayılovanın adını deyib gələnlərin sayı durmadan artır.
İlk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur.
-Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər Elmira İsmayılovanın fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
-Hər şeyə görə sağ olun. Kaş ki, imkanım ola bütün ana olmaq istəyən qızlarımıza səslənim.Heç düşünmədən hamınız Elmira həkimi seçin. Sayənizdə hamiləlik stresindən, əməliyyat qorxusundan uzaq, şirin xatirələrlə dolu,9 ay keçirdim. Hər ay qəbulunuza gələndə sizi görən kimi olan narahatçılıqlarımı unutdum. İstənilən saatda nə vaxt yazsam, yığsam hər an hər sualımı cavablandırmağınızı , minimum dərmanla bir hamiləlik keçirməyimi unutmayacam. Siz tanıdığım ən gözəl, ən mehriban həkimsiniz. Sakit səsiniz insana hüzur verir, ən ağrılı vəziyyətdə belə hər şeyin gözəl olacağına inandırır.

-Hörmətlə; Sizin sayənizdə ana olan Nərmin xanım

 İnstaqram: dr.ismailovaelmira
Həkimlə əlaqə 055-778-51-81 Ünvan..Funda Medical HSP
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar