Xəbər lenti
18/03/2024 [11:59]
Azərbaycana yaz gəlir
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanın fəxri olan Mirəzim Zaidov təkcə savadı, bacarığı ilə deyil, eyni zamanda insanlığı ilə də başqalarından fərqlənir

Baxılıb: 1 404     Tarix: 01-06-2020 23:32   

Plastikcərrahiyyə dünyada dəbdə olan yüksək səviyyədə inkişaf etmiş sahədir. Bu çox geniş sahədir və plastik, rekonstruktiv və mikrocərrahiyyədən ibarətdir. Respublikamızda da səhiyyənin bu sahəsinin çox yüksək səviyyədə inkişaf etdiyini görürük. Bu mənada bir elm sahəsinin inkişaf etməsinin meyarları o sahədə peşəkar mütəxəssislərin olması, onların gördüyü işlərin, apardığı əməliyyatların nüfuzlu beynəlxalq konfranslarda dəyərləndirilməsi, həmçinin ölkədə elmi konfransların keçirilməsidir. Buna əsasən deyə bilərəm ki, plastik cərrahiyyə Azərbaycanda dünya standartlarına uyğun səviyyədə inkişafını tapıb.
Müasir dövrümüzdə Azərbaycan Səhiyyəsinin unikal inkişafı zamanında bir çox estetik poblemlərin aradan qaldırılması üçün ”Vimay-Med” klinikasına üz tutanlar sonda məmnunluqla klinikanın baş həkimi, Estetik, Plastik Cərrahı Mirəzim Zaidova minnətdar olduqlarını bildirirlər. Estetik, Plastik CərrahMirəzim Zaidov peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsil insandır. Dr. Zaidov Bakıda və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır.
Azərbaycanın fəxri olan Mirəzim Zaidov təkcə savadı, bacarığı ilə deyil, eyni zamanda insanlığı ilə də başqalarından fərqlənir. O, həmişə xəstələrə bəxş etdiyi sevinci maddiyatdan üstün tutub. Hətta, təsadüfən qarşılaşdığı qüsurlu insanları klinikaya dəvət edir və təmənnasız əməliyyat edir. İnsanlar həyatını və sağlamlığını ona etibar edirlər. Elə xəstələr olur ki, maddi vəziyyəti yaxşı olmur. Klinikada onlara böyük güzəşt edilir. Bəzən elə ağır durumlu insanlar müraciət edir ki, Mirəzim Zaidov tərəfindən təmənnasız əməliyyat edilir.
Bəli, biz bu gün neçə-neçə insanları qüsurdan azad edən, onları sevinc dolu həyata qaytaran, daxilindən əllərinə axıb gələn gözəlliyi kimlərəsə bəxş edən Mirəzim Zaidovu böyük əminliklə yer üzünün GÖZƏLLİK TANRISI adlandıra bilərik!

 İnstaqram dr.mirazim.zaidov
Uzman Plastik-Estetik-Rekonstruktiv Cərrah VİMAY MEDİCAL CENTER
 
+994 (50) 539 93 00шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar