Xəbər lenti
18/03/2024 [11:59]
Azərbaycana yaz gəlir
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Mehriban Cabbarova- qayğılı dünyamızda ailələrə sevinc, sevgi, bəxş edən cərrah-ginekoloq

Baxılıb: 2 035     Tarix: 03-06-2020 00:21   

Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm.
Şərəfli həkim peşəsinə yiyələnən ali-dərəcəli mama-ginekoloq Mehriban Cabbarova bu işin müqəddəsliyini qoruyub saxlayır.
Bakı şəhərinin bir qrup sakinləri həkim Mehriban Cabbarovaya təşəkkür edib Qanunvehedef.az Xəbər Portalına göndərdikləri məktubda Mehriban həkimin bacarıqlı həkim olmasından söz açılır, onun
qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirlər. Onlarla insana sağlam həyat bağışlanılmasına səbəb olan Mehriban həkim.



Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, bəxş edilməsinə səbəb olan Mehriban həkimə bütün ailələrin dilindən Allahdan sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın.

Daha bir məktubu oxucuların diqqətinə olduğu kimi çatdırırıq.

Qanunvehedef az Xəbər portalına ünvanına gələn məktubların içərisində bir qadının həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Bizdə düşünürük ki Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.

Hörmətli Mehriban həkim! 
Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var. Mənim kimi yüzlərlə, bəlkə də minlərlə ginekoloji xəstəliklərdən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur.

Həyatda heç bir şey səbəbsiz baş vermir, Tanrıya verdiyi dərd üçün də, şəfa üçün də təşəkkür edirəm, sayəsində belə bir alimi, ziyalını tanıtdırdı mənə! Bəli, Mehriban Cbbarova keçib xəstənin yanında əyləşə bilən, onun çəkdiyi acını bölüşməyi bacaran, ağrısını öz içindən keçirə bilən bir həkimdir. Üzümü ona tutub Ulu Tanrıdan cansağlığı arzulayır, xəstələri üçün həmişə inam, ümid və etibar yeri olmasını diləyirəm.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar