Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dr. Sabir Etibarlı Azərbaycan səhiyyəsini şərəflə qoruyur.

Baxılıb: 2 020     Tarix: 30-07-2020 22:30   

   “Xəstəlikdən əziyyət çəkən insanları sağlam həyata qaytarmaq həkim üçün böyük məsuliyyətdir. Təyin etdiyim dəqiq diaqnoz peşəmə sevgimi daha da artırır. Sanki, ruhən dincəlirəm”.
Dr. Sabir Etibarlı

  Bu kəlmələr, peşəkar bir həkimin daxili aləmindən süzülüb gələn, süzüldükcə paklanan , şəffaflanan, ömür dünyasına işıq saçan, illərin  təcrübəsinə söykənən bir həkimin ürək sözləridir.
Həkim dedikdə ilk öncə sadə, səmimi, qayğıkeş, incə qəlbli, savadlı, bacarıqlı bir şəxs xəyalımızda canlanır. O şəxs ki, hər zaman öz savadını, biliyini-bacarığını xəstələrdən əsirgəmir. İnsanın sağalmasında, onun həyata qaytarılmasında həkim əməyi böyük rol oynayır. Hərdən mənə elə gəlir ki, xəstələrin sağalması, onların ailə və cəmiyyət üçün gərəkli insan kimi öz həyatlarına davam etməsi naminə ömrünü şam kimi əridən, sadə və səmimi, peşəkar həkimlərdən, onların fəaliyyətindən az yazılır. Demək olar ki, bu peşə sahiblərinin işi hər cür tərifə layiqdir. Neçə-neçə ən ağır əməliyyatların ağırlığını çəkinmədən çiyninə götürən, tibb sahəsində dəyərli elmi tədqiqatları ilə öz sözünü deyən, yüzlərlə insanların həyat eşqini özünə qaytaran, onlara sağlam həyat bəxş edən, bilikli və bacarıqlı həkim kimi xəstələrinin sevimlisinə çevrilən ATU Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahlıq kafedrasına rəhbəri, Əməkdar həkim,  
Tibb elmlər doktoru, professor Dr. Sabir Etibarlı Azərbaycan səhiyyəsini şərəflə qoruyur.
    Sabir həkimin fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır. Dr. Etibarlıya üz tutan hər bir pasiyent onun yanından xoş əhval – ruhiyə ilə geri dönür.
    Dr. Etibarlı bir sıra Beynəlxalq elmi konfranslarda simpozium və seminarlarda ölkəmizi yüksək səviyyədə təmsil etmişdir. 150-yə yaxın elmi məqalə və tezisin müəllifidir. Doktorluq dissetasiyası: Baş beynin çoxsaylı həcmli proseslərinin klinika, diaqnostika və cərrahi müalicə üsulları” mövzusunda doktorluq dissertasiyası 2004-cü ildə 2004-cü ildə Neyrocərrahlıqdan Aərbaycan dilində çap olunmuş ilk dərsliyin müəllifidir.
   Mütəxəssis onurğa və onurğa beyninin müalicəsində az invaziv müdaxilələri həyata keçirir. Baş və beyin zədələri və ağrıları üzrə konsultasiyalar keçirdir.
Bəzən olur ki, cüzi problemlə hansısa həkimin qəbuluna gedən xəstə elə bir münasibətlə qarşılaşır ki, hətta özü öz həyatından bezir. Sabir həkimi isə fərqləndirən onun mənəvi cəhətdən varlı olmasıdır. Bu varlılıq, bu sərvət insani keyfiyyətlərlə zəngin insanlara məxsusdur və xoşbəxtdir o kəs ki, onun haqqında: – Əsl bir insandır! – ifadələri səslənir. Dr. Sabir Etibarlının məhz belə bir insani dəyərlər sahibi olduğu üçün ona üz tutanların ardı arası kəsilmir. Əlbət ki, müsbət nəticələr artdıqca, həkimə inam da artır. Və insanlar ümidlə o həkimə müraciət erdirlər. Dr.Etibarlının elmi kitabları ölkəmizdə və xarici dövlətlərdə öz tohvəsini vermiş və oxucular tərəfindən alqışlarla qarşılanmışdır.        Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirərək deyirik:

Xəstələr minnətdarlıq eləyirlər hər zaman
Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
Xalqımız hər an deyir, Sabir həkim var olsun
Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar