Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dr. Rasim Babayev-peşəkar həkim-neyrocərrah

Baxılıb: 5 155     Tarix: 04-08-2020 08:21   
 
    Həkimlər həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsl həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. 
   Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən gedir.     Məhz elə bunun nəticəsidir ki, Qanunvehedef.az xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Rasim Babayevə edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Məmmədzadələr ailəsindən ünvanlanan məktubu olduğu kimi sizin diqqətinizə çatdırırıq:
     Bu yaxınlarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində neyrocərrahiyyə şöbəsinin müdiri Rasim Babayev mənim qardaşım Sahib Məmmədovu ölümün pəncəsindən xilas etdi. Qardaşım möhkəm başağrılarından əziyyət çəkirdi. Müayinə
olunmaq üçün Milli Onkologiya Mərkəzinə müraciət etdik. Həkim –neyrocərrah Rasim Babayev qardaşımı hərtərəfli müayinə etdi və beynində törəmə olduğunu müəyyən etdi. Rasim həkimin təyin etdiyi dəqiq diaqnoz və əməliyyat nəticəsində bizim gözlədiyimizin əksi oldu. Belə ki, Rasim həkim ailəmizin nigarançılığına son qoydu.
    Biz, Milli Onkologiya Mərkəzində olanda hamı onun haqqında xoş sözlər deyirdi. Hamı da vurğulayırdı ki, Rasim həkimin əli yüngüldür. Biz də bunun şahidi olduq. Ona görə də belə qərara gəldim ki, belə gözəl həkim və xeyirxah insanla oxucuları da yaxından tanış edim və bizim ailənin Rasim həkimə də təşəkkürünü bildirim.
    Mən öz ailəmiz və bütün xəstələrin valideyinləri adından Rasim həkim başda olmaqla Milli Onkologiya Mərkəzində çalışan həkimlərə təşəkkürlərimizi bildiririk və deyirik: “Bir həkim bir aləm deməkdir. Qoy Ulu Tanrı həmişə sizə yar olsun. Rasim həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır. Yüzlərlə, minlərlə xəstənin!

Aynurə Məmmədli

 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar