Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ

Baxılıb: 629     Tarix: 16-09-2020 12:57   

Payız fəslində məktəblərin yenidən açılması, qrip mövsümünün başlaması və qış aylarında yaşlı insanlar arasında ölüm hallarının artması koronavirusla bağlı mövcud epidemioloji vəziyyəti dəyişdirə bilər.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Trend-in sorğusuna cavab olaraq deyiblər.
Nümayəndəlikdən bildirildiyinə görə, mövcud sübutlar göstərir ki, məktəblərin yenidən açılması epidemioloji vəziyyətə təsir edən əsas amil deyil:
"Uşaqlar virusun ötürülməsində rol oynaya bilərlər, lakin bu, məktəbdən daha çox sosial yığıncaqlarda baş verir. Məktəblər yenidən açılandan sonra orada lazımi qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Növbəti qrip mövsümü sürətlə yaxınlaşır. İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir. Bu il bu məsələ daha böyük əhəmiyyət daşıyır, çünki tibb müəssisələrini və hazırda COVID-19-la mübarizə aparan tibb işçilərini böyük yük altında qalmaqdan qorumalıyıq".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar