Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda hәkimlәrin sayı azaldı

Baxılıb: 629     Tarix: 22-09-2020 15:29   

Azərbaycanda son 14 il ərzində həkimlərin sayı artsa da, əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı azalıb.
Qanunvehedef.az-ın məlumatına görə, 2006-cı ildə ölkədə 30 584 həkim olub. 2020-ci ilin məlumatına görə isə Azərbaycanda həkimlərin sayı 31 829-a çatıb.
2006-ci ildə Azərbaycanda əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı 36,3 olduğu halda, 2011-ci ildə bu göstərici 36,8-ə yüksəlib. Lakin 2016-cı ildən sonra bu say yenidən azalıb.
2016-cı ildə əhalinin hәr 10 000 nәfәrinә düşәn hәkimlәrin sayı 33,9, 2019-cu ildə 32,9 olub. 2020-ci ildə isə bu say bir qədər də azalaraq, 32,0-a enib.
Son 14 ildə ölkədə daha çox şüa diaqnostikası üzrə həkim sayı artıb.
2006-cı ildə sayı 495 olan şüa diaqnostikası üzrə həkimlərin sayı 2020-ci ildə 1 481-ə yüksəlib.
Azərbaycanda daha sonra stomatoloq, nevropatoloq, oftalmoloq ixtisasları üzrə həkim saylarında artım müşahidə edilir. Digər ixtisaslar üzrə həkim sayında isə azalma qeydə alınıb./Trendшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar