Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Neyrocərrahiyyə Xəstəxanasının həkimləri cəbhə bölgəsinə ezam olunub

Baxılıb: 726     Tarix: 07-10-2020 14:34   

Respublika Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyinin təşəbbüsü ilə xəstəxananın bir qrup həkimi cəbhə bölgəsinə ezam olunub.
Xəstəxanadan "Report"a verilən məlumata görə, həkimlər cəbhə zonasındakı müxtəlif xəstəxana və hospitallarda əsgər və zabitlərin, eləcə də döyüş bölgəsinə yaxın ərazilərdə yaralanmış mülki şəxslərin sağlamlığına qovuşması üçün fəadakarlıq göstərirlər.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri bu şərəfli missiyanı işğal altında olan ərazilərimiz işğaldan tam azad olunanadək yerinə yetirəcəklər. Həmçinin xəstəxananın əməkdaşları əməkhaqlarının müəyyən hissəsini Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yaradılmış Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edirlər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar