Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ölkəmizə 4 milyon doza vaksin gətiriləcək – Komitə sədri

Baxılıb: 765     Tarix: 07-01-2021 11:53   
Düşünürəm ki, koronavirusla mübarizə artıq özünün sonuncu mərhələsinə qədəmə qoyub.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, vaksinasiya prosesi dünyanın qabaqcıl ölkələrində artıq başlayıb:
“Azərbaycan da bu proseslərdə öndə gedən ölkələrdən biridir, vaksinlərin alınıb gətirilməsi ilə bağlı bütün danışıqlar müsbət nəticələnib və mənim bildiyimə görə, yanvar ayının sonlarına doğru Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq.
Hesab edirəm ki, ilk növbədə bütün dünyada olduğu kimi ilk növbədə risk qrupuna daxil olan insanlar vaksinasiya olunmağa başlayacaq və vaksinlar əhaliyə dövlət hesabına vurulacaq. Vaksinasiya üçün hazırlıq işləri görülüb, personalın bu istiqamətdə məlumatlandırılması barədə işlər görülür. Düşünürəm ki, Azərbaycanda vaksinasiya qısa müddət ərzində tam keyfiyyətlə aparılacaq və qısa müddətdə biz koronavirusa tarixi keçmiş kimi baxacağıq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar