Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Anar Fərzəliyev Həkim- radioloqla müsahibə

Baxılıb: 2 642     Tarix: 28-09-2018 09:17   

Anar Fərzəliyev 1990-1996-cı illər Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib.
2001-2005 -ci illərdə Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyasının Radiologiya kafedrasında uzmanlıq təhsili almışdır.
1997-1998-ci illərdə Sumqayıt 2 saylı şəhər xəstəxanası Rentgenologiya şöbəsində Şöbə müdiri vəzifəsində çalışmışdır.
1998-2001-ci illərdə N saylı Hərbi Hospitalın Radiologiya bölməsində, Bölmə rəisi vəzifəsində çalışmışdır.
2005–2006–cı illərdə Mərkəzi Hərbi Klinik Hospitalda Kompüter Tomoqrafiya bölməsində, Bölmə rəisi vəzifəsində çalışmışdır.
2006-2011-ci illərdə Mərkəzi Hərbi Klinik Hospitalda Maqnit Rezonans Tomoqrafiya bölməsində, Bölmə rəisi vəzifəsində çalışmışdır.
2011-2016-cı illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında Radiologiya bölməsində, Baş ordinator vəzifəsində çalışmışdır.
Hal-hazırda Uzmanlar tibb mərkəzində çalışır.

Anar Fərzəliyevlə  müsahibəmizdə radiologiya sahəsinin hazırkı inkişaf səviyyəsi, ayrı-ayrı xəstəliklərin müalicəsində bu sahənin əhəmiyyətli rolu, pasiyentləri daha çox maraqlandıran suallar ətrafında söhbət etmişik.


Ultrasəs müayinə (USM)-nədir?


Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, ultrasəs əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların müayinəsində geniş istifadə edilir.
 
Qarın boşluğu orqanları hansı hallarda müayinə edilə bilər?

- Şiş törəmələrinə şübhə olduqda,
- Həzm orqanlarının xroniki xəstəlikləri,
- qarnın yuxarı nahiyələrində ağrılı hisslər,
- Mədənin artıq dərəcədə doldurulmuş olması hissi,
- Yeməkdən sonra qida borusunda şişkinlik hissi,
- Sağ qabırğaaltmda ağırlıq və ağrılı hissələr,
- Kəmərvari ağrılar,
- Yüksək qazəmələgəlmə,
- Ağızda acılıq hissi,
- Qarın boşluğunun travması,
- "şəkərli diabet" diaqnozunun qoyulması,
- əməliyyata hazırlıq zamanı.


Pasientlər USM növündən asılı olaraq  müayinəyə necə hazırlaşmalı olurlar?


— Öd, öd yolları və mədəaltı vəzi müayinə olunduqda, pasient müayinədən 3 gün əvvəl köp əmələ gətirən məhsullardan (süd, noxud, lobya, qara çörək, təzə tərəvəz) imtina etməli, müayinəyə ac qarına gəlməlidir.
— Kiçik çanaq orqanları (uşaqlıq, yumurtalıqlar, prostat vəzi) və sidik kisəsi müayinə olunduqda pasient müayinədən 1 saat əvvəl 1 litr ilıq su içməli və sidik kisəsini boşaltmamalıdır. Qadınlarda uşaqlıq və yumurtalıqların vəziyyəti transvaginal üsul ilə (uşaqlıq yolundan) müayinə oluna bilər. Bu halda sidik kisəsi dolu olmamalıdır. Əksinə olaraq müayinədən əvvəl qadın sidik kisəsini boşaltmalıdır.
— Süd vəziləri müayinə olunduqda qadın müayinəyə menstrual dövrünün 7-10 -cu günləri getməlidir (postmenopauza dövründə olan qadın istənilən gün müayinə oluna bilər).
— Prostat vəzi müayinə olunduqda pasient düz bağırsağını boşaltmalıdır.
— Hamiləliyin monitorinqi. Hamiləliyin əvvəlində müayinə transvaginal
(uşaqlıq yolundan) üsul ilə, daha sonra isə abdominal (qarın boşluğu divarından) üsul ilə keçirilir.


Rəngli Doppler müayinəsi hansı  xəstəliklərin aşkarlanmasında istifadə olunur?


-Beyinə qan daşıyan böyük damarların daralmalarında və trombların aşkarlanmasında;
-Hamiləlik təqibində uşağın və ananın risk altında olub olmadığının dəyərləndirilməsində;
-Yüksək təzyiqin böyrək mənşəli olub olmadığının araşdırılmasında;
-Qara ciyər sirrozunda xəstəlik haqqında detalların təsbitində;
-Qol və ayaqdakı damar xəstəliklərinin və başqa xəstəliklərin aşkarlanmasında istifadə olunur.


Prostat vəzin USM-müayinəsi necə həyata keçirilir?


Prostat vəzin USM ( ultrasəs ) müayinəsi iki formada aparılır.
1.Transabdominal müayinə
2.Transrektal müayinədir.
Transabdominal USM dedikdə digər orqanların müayinəsində olduğu kimi prostat vəziyə də qarının ön divarından baxılır. Transrektal USM dedikdə isə aparatın xüsusi nəzərdə tutulmuş datçikindən istifadə etməklə prostat vəziyə düz bağırsaqdan baxılır. Bunun üçün xəstə yanı üstə, ayaqlarını qarına yığmış vəziyyətdə qalır. Həkim isə USM aparatının transrektal adlanan datçikini 3 – 5 sm düz bağırsağa daxil etməklə ekranda prostat vəzinin görüntüsünü alır.
Prostat vəzi xəstəlikləri və ümumiyyətlə prostat vəzin vəziyyətini daha düzgün qiymətləndirmək üçün transrektal müayinə daha informativ hesab edilir. Qarından baxıb dəqiqləşdirə bilmədiyimiz hal olduqda xəstəyə düz bağırsaqdan ( transrektal ) müayinə məsləhət edilir və bizi narahat edən məqam aydınlaşır. Daşın sərtliyindən asılı olaraq çanaqın icmal rentgen müayinəsində də aşkarlana bilər. USM zamanı prostat vəzisində kalsinat aşkarlanan xəstələrin prostatının düz bağırsaqda barmaqla müayinəsi ( buna rektal palpator müayinə deyilir ) məsləhət deyildir. Rektal palpator müayinə haqqında saytın müvafiq ( müayinələr bölməsində) ətraflı məlumat verilmişdir. Daşlı prostatit və prostat vəzin kalsinatları istisna olmaqla, prostat vəzin bütün digər xəstəliklərində barmaqla rektal müayinə olduqca mühüm diaqnostik əhəmiyyət kəsb edir.


Hər bir qadın hamiləlik dövründə ultrasəs müayinəsindən keçməlidirmi?


Hər bir hamilə qadın hamiləlik dövründə minimal olaraq 4 dəfə ultrasəs müayinəsindən keçməlidir:
1.Hamiləliyin 7- ci həftəsinə qədər- bu ərəfələrdə ultrasəs müayinəsi bizə normal hamiləliyi uşaqlıq boşluğunda təsdiq etməyə və bu muddətlərdə baş verən bir sıra patologiyaları aşkarlamağa imkan yaradır.
2. Hamiləliyin 12- 13 həftəsində- bu müddətlərdə aparılan ultrasəs müayinəsində döldə yaranmaq ehtimalı olan inkişaf qüsurlarını aşkar etmək mümkündür.
3. Hamiləliyin 20- 25 həftələrində - döldə 90 % qədər yaranan inkişaf qüsurlarını aşkar etmək üçün ən optimal vaxt hesab edilir. Bu həftələrdə dölün ana bətnində bütün orqan və sistemlərinin formalaşmasını və eləcədə dölün ana bətnində inkişafını izləmək mümkündür.
4. Sonuncu müayinə doğuşa yaxın yəni 37- 38 həftələrdə aparılmalıdır.

Hamilə qadınlar üçün bu həftələrdə aparılmış ultrasəs müayinəsinin sayca ən minimal həddidir. Əgər hamiləlik dövründə hamilə qadınlarda müxtəlif patoloji hallara şübhə olarsa məsələn: gestoz, hamiləlik nefropatiyası,və yaxud döldə yarana biləcək inkişaf qüsurları, bu zaman ultrasəs müayinəsinin sayı bir neçə dəfəyə qədər artırıla bilər.
Bütövlüklə hamiləlik dövrü üç əsas trimesterdən ibarətdir. Hamiləliyin hər bir trimesterində ultrasəs müayinəsini aparılmasında məqsəd ana bətnində dölün inkişafını izləmək və burada əmələ gəlmiş inkişaf qüsurlarını erkən dövrdə aşkar etməkdir.
      
- Həkim, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.
       - Buyurun, çalışın hər zaman sağlam olun!

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar