Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda mühüm forum: Qan donorluğu

Baxılıb: 582     Tarix: 08-08-2019 15:27   

21-25 avqust tarixlərində ölkəmizdə Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyası və Beynəlxalq Gənclər Komitəsinin layihəsi olan XIX Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan gənc qan ianəçiləri və bu istiqamətdə fəaliyyət göstərən ictimaiyyət nümayəndələri hər il bir araya gələrək qan donorluğu sahəsində olan yenilikləri, eyni zamanda problemləri müzakirə edir.
2018-ci ildə Portuqaliyanın Aviora şəhərində təşkil olunan XVIII Beynəlxalq Gənclər Forumunda iştirak edən Azərbaycan forumun ölkəmizdə keçirilməsinə nail olub.
Qeyd edək ki, qan donorluğunu əhatə edən Beynəlxalq Gənclər Forumunda 6 ildir ölkəmizi Qan Donorları Assosiasiyası təmsil edir.
XIX Beynəlxalq Gənclər Forumu Qan Donorları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Beynəlxalq Qan Donorları Cəmiyyətlərinin Federasiyası eyni zamanda Beynəlxalq Gənclər Komitəsinin dəstəyi ilə keçirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar