Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Elmar Məmmədyarov ciddi narahatdır – Kəşmir bölgəsindəki vəziyyətə görə

Baxılıb: 480     Tarix: 29-08-2019 13:55   

Azərbaycan və Pakistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Şah Məhmud Kürəşi arasında telefon söhbəti zamanı Cəmmu və Kəşmir bölgəsinin ətrafındakı vəziyyətə dair müzakirə aparılıb.
“Report” Pakistan KİV-ə istinadən xəbər verir ki, Hindistanın Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməklə birtərəfli hərəkət edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozduğunu vurğulayan pakistanlı nazir bölgəyə 70 minədək hərbçidən əlavə, daha 180 min hərbçinin yeridilməsini Kəşmir əhalisi üçün təhlükə olaraq dəyərləndirib.
Şah Məhmud Kürəşi Hindistanın birtərəfli və qanunsuz addımlarla regionun demoqrafik mənzərəsini dəyişdirməyə çalışdığını deyib.
Kəşmir bölgəsindəki vəziyyətdən ciddi narahatlığını ifadə edən E.Məmmədyarov da regiondakı həll olunmamış münaqişələrin dinc yolla aradan qaldırılmasının vacibliyini bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar