Xəbər lenti
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Hökumətdəki bu adamlar iqtidarı biabır etmək istəyir - Şok

Baxılıb: 146     Tarix: 09-09-2019 13:10   

İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev açıqlamasında deyib.
Millət vəkili son günlər bəzi iqtidar təmsilçilərinin iqtidarın maraqlarına xidmət etməyib, açıqdan-açığa ona zərər vuran bəyanatlarla çıxış etmələrinə təəccüblənmədiyini bildirib:
“Qətiyyən təəccübləndirmir. Onlar hər şeyi çox gözəl başa düşürlər. Çoxları bilir ki, onlar iqtidarda kimin əlaltısına çevriliblər, onun tapşırıqlarını icra edirlər. Bu açıqlamalar 11 sentyabrda siyasi partiyaların, aparıcı QHT və KİV rəhbərlərinin “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçiriləcək tədbiri pozmağa, seçki öncəsi iqtidarı daxildə və beynəlxalq aləmdə çirkin və qanunsuz işlərin müəllifi, korrupsiyaya bulaşmış bir komanda kimi biabır etməyə hesablanıb. Zaman-zaman biz iqtidar daxilində qudurub həddini aşan və Prezidentə meydan oxumaq fikrinə düşən şəxslərin hansı taleyi yaşadıqlarının şahidi olmuşuq. Atalar sözü var, quduran 40 gün yaşayar.
İndi növbəti dəfə iqtidarda özünütəmizləmə işinə başlanılmasının zamanı çatıb. Əgər bu gün bu edilməsə, gələcəkdə proses daha ağrılı və çətin olacaq.
İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir.
MTN işinin məntiqi sonluğa çatmaması bəzilərini cürətləndirib. Onlar payızda fit müxalifətindən istifadə edərək sabitliyi pozmaqla istədiklərinə nail olacaqlarına kökləniblər”.шаблоны для dle 11.2