Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan hərbçiləri Gürcüstanda dağ təlimində iştirak edirlər

Baxılıb: 427     Tarix: 12-09-2019 12:16   

Gürcüstanda Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yay dağ hazırlığı təlimi keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzində təşkil olunan təlimdə Gürcüstanın üç, Azərbaycan və Türkiyənin isə, ümumilikdə, 13 hərbçisi iştitak edir.
Təlim çərçivəsində hərbçilər müxtəlif praktiki tapşırıqlar yerinə yetirirlər. İştirakçılar təbii divara dırmanma, çayı keçərkən maneələrin dəf olunması, təxliyyənin təşkili və tibbi qaydaları öyrənirlər.
Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq çərçivəsində keçirilən təlim kursuna sentyabrın 16-da yekun vurulacaq. Kursu başa vuran hərbçilərə sertifikatlar təqdim olunacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar