Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda Məmmədyarovla Lavrov arasında görüş keçirilir

Baxılıb: 575     Tarix: 03-12-2019 13:17   

Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
Danışıqlar Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.
Report.az xəbər verir ki, E.Məmmədyarov rusiyalı həmkarını nazirliyin önündə qarşılayıb.
Daha sonra iki ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb. Nazirlər Azərbaycan və Rusiya arasındakı əlaqələrin hazırkı vəziyyətini və gələcə inkişaf perspektivlərini müzakirə edirlər.
E.Məmmədyarov və S.Lavrov həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də nəzərdən keçirirlər.
XİN başçılarının təkbətək danışıqları yekunlaşdıqdan sonra geniştərkibli görüş keçiriləcək.
Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov dekabrın 2-də Azərbayana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev ötən gün S.Lavrovu qəbul edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar