Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ-ın iddia edilən sülh planını rədd etmək üçün bəyannamə imzalandı

Baxılıb: 593     Tarix: 31-01-2020 12:08   

Bir çox mərakeşli ziyalı və alimlər ABŞ prezidenti Donald Trampın sözdə sülh planını rədd edən bir bəyannamə imzalayıblar.
Qanunvehedef.az-ın məlumatına görə, Dünya Müsəlman Alimlər Birliyinin prezidenti Əhməd ər-Raysuni, Əhməd Viyhman və İslam alimi Abdullah Nehari də daxil olmaqla onlarla alim, ziyalı tərəfindən imzalanan bəyannamədə Fələstin xalqının və müsəlmanların hüquqlarının dəstəkləndiyi bildirilir.Onların bəyanatında deyilir: "Biz bu planı rədd edirik. ABŞ-ın bütün planları Fələstini bir dövlət kimi ləğv etmək və sionizmin qələbəsinə şərait yaratmaqdır."
Açıqlamada Qüds, Fələstin və Məscidül-Əqsanın dini mövzular olduğu və heç kimin bu məsələlərdə "ticarət" və ya güzəştə getmək hüququnun olmadığı vurğulanıb. 
Qeyd edək ki, yanvarın 28-də ABŞ prezidenti Tramp Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında birtərəfli olaraq Yaxın Şərq sülh planını ictimaiyyətə açıqladı.
Qondarma sülh planı çərçivəsində Qüdsün İsrailin "bölünməz" paytaxtı hesab ediləcəyini deyən Tramp, planın müstəqil Fələstin dövləti olduğunu və fələstinlilər üçün "son şans" olduğunu iddia etdi. Həmçinin Netanyahu planı "İsrail üçün nəhəng və tarixi bir nailiyyət" olaraq
xarakterizə etmişdi.
Fəridə Ağazadəшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar