Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Putin-Ərdoğan razılaşması: Suriya geri çəkilmədi... –Şərh

Baxılıb: 664     Tarix: 06-03-2020 13:00   

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə iki məsələ ilə bağlı razılığa gəldilər.
Birinci, atəşkəs barədə razılıq idi. İkinci razılıq isə M4 şose yolunun şimal və cənubunda 6 km dərinliyində təhlükəsizlik zonası yaradılmasıdır. Bu zonada Rusiya və Türkiyə hərbçiləri ortaq monitorinq keçirəcəklər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli dünən Moskvada Ərdoğan və Putin görüşünün nəticələri haqqında danışarkən deyib.
“İmzalanan mətndə başqa heç nə yoxdur. İndi gəlin, 3 maddəlik bu anlaşmanın nə mənaya gəldiyini qısaca izah etməyə çalışaq.
Türkiyənin görüş öncəsi əsas tələbi nə idi? Türkiyə tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Yəni Əsəd ötən ilyarımda İdlibdə ələ keçirdiyi ərazilərdən çıxsın. Ərdoğan bu barədə Şama ultimatum ünvanlamışdı. Lakin bu gün imzalanan sazişə baxanda görürük ki, bu məsələ orada əksini tapmayıb. Atəşkəs mövcud təmas xətti boyunca qüvvəyə minir, geri çəkilmə söhbəti yoxdur.
M4 magistralının şimalında və cənubunda təhlükəsizlik zonasının yaradılması (6+6 km) o deməkdir ki, Türkiyənin dəstəklədiyi qüvvələr həmin ərazilərdən çıxmalıdır. Bu, ona görə lazımdır ki, həm M4 (Hələb-Lazkiyə) yolunda hərəkət bərpa olunsun, həm də yaxınlıqdakı Rusiya hərbi bazasına (Hmeymim) olan təhdid aradan qalxsın”.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında İdlib böhranı ilə bağlı görüş keçirilib və atəşkəslə bağlı razılığa gəliblər. Razılaşmanın detalları bir həftə müddətində hazırlanacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar