Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Prezidentdən yeni başçıya: Cəmi 34 yaşınız var...

Baxılıb: 1 190     Tarix: 13-05-2020 20:40   

Siz bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilirsiniz. Bu, sizə göstərilən böyük etimaddır. Siz bu etimadı doğrultmalısınız. Siz gəncsiniz, cəmi 34 yaşınız var. Sizin təyinatınız, eyni zamanda, onu göstərir ki, gənclərə bu gün çox böyük imkanlar yaradılır, onların fəaliyyəti üçün bütün şərait yaradılıbdır və gənclər məsul vəzifələrə təyin edilirlər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər Rayon İcra Hakimiyyətinə təyin etdiyi yeni icra başçısı Azər Qocayevi videoformatda qəbul edərkən deyib.
“Son vaxtlar, xüsusilə bu sahədə daha ciddi addımlar atılır. Gənc nəslin nümayəndələri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə gətirilir. Hesab edirəm ki, bu, düzgün addımdır. Çünki gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar”, - Prezident bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar