Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABŞ-da ermənilərlə bağlı tapılan sənədə Bakıdan cavab

Baxılıb: 982     Tarix: 14-05-2020 18:59   

Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının dövlət siyasətinə çevrilməsi Azərbaycan tərəfindən dəfələrlə və ən yüksək səviyyədə səsləndirilib.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
"Bu məsələ dövlət başçımız tərəfindən MDB ölkələrinin Zirvə görüşündə qaldırılıb, alman faşistlərinə xidmət edən Njde Qareginə heykəl ucaltmaqla onu qəhrəmanlaşdıran Ermənistan rəhbərliyinin əsl siması ifşa edilib. Ölkəmizin Los-Ancelesdəki Konsulluğunun araşdırmaları nəticəsində ABŞ Konqresi arxivlərində üzə çıxan və erməni daşnaklarının terrorçu-faşist mahiyyətini üzə çıxaran sənəd əslində təəccüb doğurmamalıdır, erməni terrorizm meylləri təəssüf ki, bizə yaxşı bəllidir. Azərbaycan erməni terrorunun acılarını yaşayıb, özü də 20-ci əsrin əvvəllərindən etibarən.
1980-ci illərin sonlarında Azərbaycanda törədilən çoxsaylı terror aktları, 1992-ci ildə Xocalıda bir gecədə 613 mülki şəxsin vəhşicəsinə qətl edilməsi, bu gün də işğalçı ölkənin silahlı qüvvələrinin azərbaycanlı mülki şəxsləri hədəfə alması - bütün bunlar ermənilər tərəfindən törədilmiş qanlı terror aktlarıdır. Ermənistanın işğalçılıq siyasətinin kökündə elə terrorçuluq meylləri durur. Lakin vurğulamaq istərdim ki, bu meyllərin sonu özünü məhv etməkdən başqa bir şey deyildir", - deyə XİN sözçüsü bildirib.
Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkarlanıb.
Belə ki, 1945-ci il mayın 4-də ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frenk Huk erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim edib. Sözügedən məqalə ABŞ Konqresinin qeydiyyat kitabçasına daxil edilərək ABŞ hökuməti tərəfindən dərc edilib.
Məqalə daşnakları uzun müddət terrorçu-faşist aktları həyata keçirən və yaxşı təşkilatlanmış “quldur dəstəsi” adlandırır. Daşnakların yaranma tarixindən bəhs edən məqalə onların terrorizmi əsas siyasi alət kimi mənimsədiklərini bildirir.
Erməni daşnaklarının ABŞ-da Daşnaksutyun partiyasına ianə köçürməkdən imtina edən və ya onların radikal ideologiyasını paylaşmayan ermənilərə qarşı terror aktları törətdiklərini qeyd edən məqalə, bu səpkidə Amerikadakı Erməni Kilsəsinin rəhbəri arxiyepiskop Leon Touriyanın 1933-cü ildə Nyu-Yorkdakı kilsədə Milad bayramı ibadəti zamanı daşnak terrorçular tərəfindən qətlə yetirildiyini diqqətə çatdırır.
Daşnakların nasizmə rəğbət bəslədiklərini vurğulayan məqalə onların ABŞ-ın Boston şəhərində nəşr edilən “Hairenik” qəzetinin 17 sentyabr 1936-cı il sayına istinad edərək, daşnakların hitlerizmi və faşizmi “bəşəriyyətə hədiyyə” və “Almaniya və İtaliyaya yeni həyat verən uğurlu sistemlər” hesab etdiklərini qeyd edir.
Məqalə daha sonra daşnakların kəskin antisemit olduqlarını vurğulayaraq, onların bu mövzuda çoxlu məqalələr dərc etdirdiklərini bildirir və “Hairenik” qəzetinin 1936-cı ilin avqust sayından daşnakların Holokostu dəstəklədiyini göstərən aşağıdakı sitat təqdim olunur: “Bu zəhərli elementlər xroniki xəstəlik kimi dərin kök saldıqları üçün bəzən onların kökünü kəsmək çətindir. Və insanlar üçün qeyri-adi üsulla onların kökünü kəsmək zəruri olduqda bu cəhd və üsullar inqilabi hesab edilir. Cərrahiyyə əməliyyatı zamanı isə qanın axması normaldır… Bu cür şəraitlərdə diktatorluq xilaskar rolunu oynayır.” Göründüyü kimi erməni daşnakları altı milyon yəhudinin nasistlər tərəfindən öldürülməsini “zəhərli elemetlərin kökünü kəsmək üçün cərrahiyyə əməliyyatı” adlandırır.
Sözügedən sənəddə, həmçinin nasistlərə xidmət etmiş erməni Qaregin Njde haqda məlumat verilərək, onun erməni irqçiliyini təbliğ edən Tseqakronizm nəzəriyyəsinin əsasını qoyduğunu və əsasən erməni gənclər arasında bu ideyanı yaydığını, habelə onun Hitlerin irqçi ideyalarını tərənnüm etdiyini və bu ideyaları özü üçün əsas götürdüyünü vurğulayır. Məqalə həmçinin Njde və onun erməni daşnak tərəfdaşlarının erməni gənclərinə bu irqçi ideyaları mənimsəmələri və bu ideyalara sadiq qalmaları ilə bağlı çağırışı özündə ehtiva edən və “Hairenik Weekly” qəzetinin 11 yanvar 1935-ci il sayında dərc edilmiş müraciətini təqdim edir.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar