Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyə dördüncü həmsədr olacaqmı?

Baxılıb: 625     Tarix: 10-10-2020 12:15   

Etiraf edək ki, ordumuz növbəti uğurlu əməliyyatlara başlayandan sonra insanlarımızın çoxu “acı bağırsaq” kimi uzanmış diplomatik maskarada son qoymağı, Minsk Qrupunun otuz illik “diplomatik epopeya”sınının da üzərindən xətt çəkməyi təklif edir. Ona görə ki, otuz il ərzində Dağlıq Qarabağ prosesi Minsk Qrupu adlanan beynəlxalq institutun, onun illər uzandıqca artan həmsədrlərinin diqtəsi altında cərəyan edirdi.
Bəli, bu illər ərzində biz yalnız onu etdik ki, əvvəlcə bir, daha sonra iki və nəhayət, üç olan həmsədrləri eşitdik. Bəli, düşündük ki, onlar bu problemi həll edərlər, amma nəticə göz önündədir, düşmən bu günədək bir santimetr ərazini belə öz xoşu ilə, ən əsası da həmsədrlərin və Minsk Qrupunun qərarı ilə azad etməyib...
Bir sözlə, bir az əvvəldə qeyd etdiyimiz kimi, artıq düz 28 il keçsə də, Minsk Qrupunun həmsədrləri bu problemi həll etmək əvəzinə xalq arasında ironik “Minsk Qrupunun turistləri” ləqəbini – ayamasını alıblar. Bu illər ərzində bəlkə də bu mövzuda minlərlə yazı yazılıb, odur ki, burada hamıya məlum olan detalların üzərində bir daha dayanmayacağıq.
Bir neçə il əvvəl, BMT TŞ-da Azərbaycanın ərazi bütövlüyü haqqında məsələ müzakirə edilərkən bu həmsədrlər özlərini tamam ifşa etdilər, çünki Azərbaycanın ərazi bütövlüyünə dəstək vermədilər. Niyə biz bu detalı indi xatırladıq? Məsələ bundadır ki, bu “Minsk turistləri” daim hansasa baza prinsipləri axtarırlar ki, onun üzərində guya münaqişənin çözüm ssenarisini hazırlasınlar.
Amma beynəlxalq hüquqdan və politologiyadan uzaq adama da aydındır ki, həmin baza prinsipləri qismində beynəlxalq hüququ, BMT nizamnaməsini və TŞ-nın qəbul etdiyi dörd qətnaməni və diplomatların “Helsinki dekaloqu” adlnadırdığı Yekun Aktın 10 maddəsini – prinsipini götürmək lazımdır.
Əgər həmsədrlər hələ də bundan imtina edirsə, əməldə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmirlərsə, BMT nizamnaməsinin təcavüzkar və təcavüz haqqındakı maddələrini nəzərə almırlarsa, bundan sonra heç təəccüblənməyə dəyərmi ki, təxminən otuz il ərzində problemi ölü nöqtə deyilən vəziyyətdən bir santimetr də kənarlaşdırmaq mümkün olmayıb!..
Təəccüblənməyə dəyərmi ki, onların sözləri ilə əməlləri daim çəp gəlir və bir-birilə uzlaşmır?
Təəccüblənməyə dəyərmi ki, bu müddət ərzində bu adamlar bir sıra ekzotik həll formulları – ssenariləri təklif etsələr də ən düzgün və optimal reseptləri nəzərə almayıblar, hansıları ki, BMT nizamnaməsi, TŞ –nın qəbul etdiyi dörd qətnamə və Helsinki Yekun Aktı təklif edir!..
Bəs onlar, bu adamların ölkələri indi nə edir? Fransa prezidentinin –Emmanuel Makronun “sərgüzəştləri” hamıya məlumdur. Bütün bu günlər ərzində demək olar ki, ancaq bu haqda danışılır.
Amma bir vacib nüansı qeyd edək ki, əslində SSRİ-nin daxili sərhədlərini “inzibati” adlandıran və onları təftiş etməyə çağıran Fransa Mitterandan başlayaraq Ermənistana Fransanın “kiçik bacısı” deyən Nikolya Sarkoziyə qədər bütün Fransa rəhbərləri ermənipərəst olublar.
ABŞ prezidenti indi daha çox koronavirusla və qarşıdan gələn prezident seçkilərilə məşğuldur.
Amma Konqresdəki erməni lobbisi dinc durmur və Azərbaycana qarşı növbəti (907-ci düzəlişdən sonra!) qətnamə qəbul etməyə çalışır. Güman, Tramp bu prosesi saxlayacaq - əlbəttə, əgər təkrar seçilərsə, çünki o, ermənipərəst bir siyasətçi deyil və ona elə yəhudi lobbisi də bəs edir...
Rusiyaya və onun prezidentinə gəldikdə isə, Vladimir Putin hələ təmkin göstərir.
O bəyan etdi ki, Rusiyanın və KTMT –nın prosesə qarışması üçün əsas yoxdur, çünki müharibə Ermənistan ərazisində getmir.
Amma burada bir detalı qeyd etmək çox vacibdir. Bəli, ermənilər bizi strateji şəhərlərimizi və obyektlərimizi “İsgəndər”lərlə atəşə tutacaqları ilə hədələyirlər. Bəs bu “İgkəndərlər” haradan peyda oldu? Yadımıza gəlir ki, onlar hələ Serj Sarqsyanın vaxtında gündəmə gəlmişdilər və o vaxt rusiyalı siyasətçilər və diplomatlar məsələni belə yozdular ki, guya bu raketlər Ermənistan üçün deyil, bu ölkədəki Rusiya bazası üçündür...
Bir sözlə, belə çətin və mürəkkəb vəziyyətdə Türkiyəyə də həmsədr statusu vermək haqqında çağırışlar eşidilir. Biz hələ bu cür çağırışların, necə deyərlər, evolyusion trekini təsəvvür edə bilmirik. Amma belə hesab edirik ki, onlar nəinki Azərbaycanın və onun xalqının maraqlarına cavab verir, hətta müəyyən mənada zamanın tələbi kimi çıxış edir, çünki indi Qarabağ hərbi-siyasi teatrında çox ciddi dəyişikliklər baş verir və onlar münaqişənin diplomatik arxitekturasında da öz əksini tapmalıdır.
Məsələn, deyək ki, vacib detallardan biri də burada sülhməramlıların yerləşdirilməsi ola bilər, hərçənd, Azərbaycan ordusunun hücumlarının davamlı olacağı təqdirdə bu məsələ gündəmdən çıxa bilər. Amma o da məlumdur ki, Moskva bunu çox istəyir. Belə halda biz “mavi dəbilqəli” əsgərlərin sırasında Türkiyə əsgərlərinin də olmasını şərt kimi irəli sürə bilərik və belə vəziyyət yaranarsa mütləq ürməliyik.
Dünən müharibənin gedişində yeni situasiya yarandı. Azərbaycan prezidenti Ermənistana sülhə istiqamətlənməkçün daha bir şans vermək istədiyini bəyan etdi.
Prinsipcə, bunu da başa düşmək olar. Son günlərdə hərbi əməliyyatları dayandırmaqla bağlı Azərbaycan prezidentinə, hətta Rusiya prezidentinə nə qədər zənglər oldu! Siyasətdə başqa cür olmur: gərək öz maraqlarınla dünya güclərinin maraqları arasında qızıl ortasını tapa biləsən.
Hazırda hərbi-texniki, hətta coğrafi-mövqe üstünlüyü bizim tərəfimizdədir və müharibə hələ bitməyib. Sadəcə, ermənilərə daha bir şans verilib.
Hüseynbala Səlimov (musavat.com)шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar