Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İrəvan başa düşsün, oyun başa çatdı - Britaniyalı jurnalist

Baxılıb: 638     Tarix: 21-10-2020 15:22   

Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsinə nail olmaq üçün onilliklər sərf edib.
Qanunvehedef.az xəbər verir ki, bunu britaniyalı jurnalist Nil Uotson “Dispatch Nyus Desk” xəbər agentliyinə deyib.
N.Uotson Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Qarabağ bölgəsində aparılan uğurlu hərbi əməliyyatlarını yüksək qiymətləndirib:
“Azərbaycan Ordusu, nəhayət, Cəbrayıl və Füzulini erməni işğalından azad etdi. Bunun zamanı çoxdan gəlmişdi. Azərbaycan hökuməti və Prezident İlham Əliyev çox böyük təmkinlə danışıqlar aparmağa çalışıb”.
Jurnalist erməni ordusunun artıq oyunun başa çatdığını dərk edərək təslim olacağına və bütün işğal olunmuş əraziləri Azərbaycana qaytaracağına ümidvar olduğunu bildirib.
Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmalı olduğunu söyləyən Uotson rəsmi Bakının uzun illərdir viran qalmış bu ərazilərdə yenidənqurma işlərinə başlaya biləcəyini qeyd edib. O hesab edir ki, bu gün Azərbaycanın münaqişənin güc yolu ilə həllinə tam hüququ var:
“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələri Azərbaycan ərazilərinin erməni işğalını qınayır. Azərbaycan öz hərəkətləri ilə beynəlxalq hüququ dəstəkləyir. Bununla yanaşı, Gəncə və Azərbaycanın digər şəhərlərinin mülki əhalisinə hücum zamanı raket və bombalardan istifadə olunması Azərbaycan hökumətinə təcavüzkara qarşı özünümüdafiə hüququ verir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar