Xəbər lenti
29/03/2024 [14:35]
Fransa NATO-dan çıxacaq?
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Əliyev Moskvaya bu cür getdi - Ekspert

Baxılıb: 698     Tarix: 11-01-2021 12:25   

Bu gün baş tutacaq görüşdə Azərbaycana ziyanlı ola biləcək hər hansı bir qərarın, razılaşmanın olması mümkün görünmür. Prezidentin Qarabağ məsələsində hansısa səhvi, güzəşti olmayıb. Bu məsələdə İlham Əliyevin mövqeyi aydın, dövlət maraqlarına uyğun və birmənalıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu bu gün Moskvada keçiriləcək Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin görüşünü şərh edən ekspert Natiq Cəfərli qeyd edib.
O bildirib ki, artıq diplomatik savaşın ikinci mərhələsi başlayıb:
“Ümid edirəm ki, Putinlə ikitərəfli görüşdə son 2 ayda Rusiya sülhməramlılarının suallar yaradan davranışları ilə bağlı məsələ qaldırılacaq, ən azından, Xocalıya qayıdışla bağlı yolların açılması, azərbaycanlıların ora dönməsi qrafiki məsələsi öz həllini tapacaq. Əgər Kreml hərbi kontingetinin sayının artırılması məsələsini qaldırsa, düşünmürəm ki, rəsmi Bakı buna razılıq versin.
Rusiya mənbələrinə görə, bu gün iki əsas məsələ müzakirə olunacaq: Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilib möhkəmlənməsi və Naxçıvana açılacaq dəhlizlə bağlı detallar. Hər iki məsələdə əlimiz, arqumentlərimiz güclüdür.
Artıq diplomatik savaşın yeni mərhələsi başladı, bu yolun uğurlu olmasının təməlini Azərbaycan əsgəri qoyub! Allah Əsgərimizi, Ordumuzu qorusun, Tanrı diplomatlarımıza zehin açıqlığı nəsib etsin!"шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar