Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan ərazisində silahlı erməni olmamalıdır - Korotçenko

Baxılıb: 662     Tarix: 11-02-2021 15:22   

Erməni icmasının Dağlıq Qarabağda yaşaması üçün hər cür şərait var. İndi azərbaycanlıların oraya qayıtması üçün şərait yaratmaq lazımdır.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Eyni zamanda ekspert vurğulayıb ki, Azərbaycan ərazisində silahlı erməni olmamalıdır.
O, müharibə dövründə Azərbaycanın dinc şəhərlərinin mülki əhalisini atəşə tutmaqda məsul olanların cəzalandırılması məsələsinə də toxunub və bunların hamısının Beynəlxalq Ədalət Məhkəməsində mühakiməsinin zəruri olduğunu bildirib.
“Xocalıda insanlıq əleyhinə cinayətlərdə iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Həmçinin Ermənistan ərazisindən dinc şəhərlərə raket zərbələri endirilirdi. Bu, Azərbaycan tərəfini cavab verməyə təhrik etmək, bununla da Rusiya ilə KTMT-ni münaqişəyə cəlb etmək üçün edilirdi. Raket zərbələri Ermənistan ərazisindən endirilirdi. Hesab edirəm ki, gecə mülki əhaliyə qarşı raket zərbəsi endirilməsi əmri verən məmurlar beynəlxalq məhkəmə çərçivəsində mühakimə olunmalıdır”, - İ.Korotçenko vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar