Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

MİDA-dan 2,2 milyon manatlıq kombi alışı

Baxılıb: 564     Tarix: 26-08-2019 13:57   

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MIDA” MMC Hövsan qəsəbəsindəki yaşayış kompleksində 3 min ədədə yaxın kombi qurğusunun satın alınması və quraşdırılmasına 2,2 milyon manatdan çox vəsait yönəldəcək.
“Marja” xəbər verir ki, MİDA “İnteqral” QSC ilə Hövsan qəsəbəsindəki yaşayış kompleksində 24 kw gücündə 2977 ədəd kombi qurğusunun satın alınması və quraşdırılması haqqında müqavilə bağlayıb.
Müqavilənin ümumi dəyəri 2 milyon 259 min 717 manatdır.
“MİDA” MMC 2017-ci ilin fevral ayında Hövsan qəsəbəsinin qərb hissəsində yerləşən 20 hektarlıq torpaq sahəsi alıb. Yaşayış kompleksinin tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi Zığ-Aeroport avtomagistralı ilə Hövsan qəsəbəsi arasında yerləşir.
Yaşayış kompleksi 11 yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin 7 mərtəbəli on səkkiz girişli, dördünün isə 10 mərtəbəli bir girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.
Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar